Xalçaçılıq peşəsinin təbliği və inkişafı məqsədi ilə təlimlərin təşkili
“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Quba rayonunda Xalçaçılıq peşəsinin təbliği və inkişafı məqsədi ilə təlimlərin təşkili layihəsini icra edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyil ilə icra olunan layihənin məqsədi qədim xalçaçılıq sənətinin unudulmaması və gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin yaşadılması məqsədi ilə xalça toxuma təlimlərinin təşkil edilməsi, xanımların peşə sahibi, peşəyə yiyələnməsi və gəlir əldə etmələri məqsədi ilə təlimlərə cəlb edilməsi, təlim iştirakçılarına qədim və unudulmaqda olan xalça naxışlarının təqdim edilməsi, naxışların yenidən istifadə olunması qaydalarının izah olunması, Təlimlərdə mövzular üzrə maarifləndirmə işinin aparılmasıdır.
Nəzəri və praktiki təlimlər İctimai Birliyin sədri, Azərbaycanın ilk sahibkar qadını Fatimət Ağamirtzəyeva tərəfindən keçirilib. Təlimlərdə F. Ağamirzəyeva bildirib ki, qədim xalçaçılıq sənətinin yaşadılması bu gün prioritet məsələlərdəndir. “Bu sənətin yaşadılması, qorunması, gələcək nəsillərə ötürülməsi çox vacibdir. Həmçinin bu sənətdən gəlir əldə edə bilmək üçün mütəxəssislərin yetişdirilməsi regionda xanımların məşğulluğunun təmin edilməsinə dəstəkdir. Quba rayonu Azərbaycanın xalçaçılıq mərkəzlərindəndir. Qubada çox güclü xalçaçılıq ənənələri var, bu ənənələrin yaşadılması və gənc nəsillərə ötürülməsi məqsədi ilə bu layihə həyata keçirilir”.
Layihənin iştirakçıları xalçaçılıq sənəti ilə bağlı nəzəri və praktiki təlimlərdə bilik və müəyyən təcrübə qazanıblar və özləri də xalça, kilim toxuyublar.
Digər Xəbərlər
20 Mart 2026 09:00
SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52


Bakı -°C

