“WhatsApp”la kart məlumatları tələb edənlərə inanmayın - VİDEO
Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edib.
Adalet.az xəbər verir ki, müraciətdə ani diqqətsizliyin maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə biləcəyi vurğulanıb.
Qeyd olunub ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir.
"Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.
Eyni zamanda “WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək “WhatsApp” vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, saxtadır.
Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən “texniki dəstək” adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.
Risklə üzləşdiyiniz halda dərhal polisə və xidmət göstərən banka məlumat verilməsi tövsiyə olunur.
Unutmayaq ki, kibertəhlükəsizlik hər bir vətəndaşın məsuliyyətidir. Dələduzluq hallarına qarşı ayıq-sayıq olun. Şəxsi məlumatlar açardır, onu başqalarına vermə", - müraciətdə deyilir.
Digər Xəbərlər
14 Aprel 2026 17:12
Marketlərdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı
14 Aprel 2026 16:24
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
14 Aprel 2026 15:27
İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar
14 Aprel 2026 10:19
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
13 Aprel 2026 17:15
İki xalaqızının DƏHŞƏTLİ QƏTLİNİN TƏFƏRRÜATI - VİDEO
13 Aprel 2026 10:13
Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı
11 Aprel 2026 18:13
Masazırda 2 qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
10 Aprel 2026 17:16


Bakı -°C

