adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
14 Fevral 2024 17:22
6610
TEXNOLOGİYA

“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

“WhatsApp”da “Sevimli kontaktlar” funksiyası istifadəyə veriləcək.

Adalet.az xəbər verir ki, istifadəçilər bu kateqoriyaya kontaktları əl ilə seçərək əlavə edə biləcəklər. Bu funksiyanın çox sayda mesaj yazan və zəng edənlər üçün faydalı olacağı bildirilir.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.