“WhatsApp” və “Facebook” “qara siyahı”ya düşdü
Mobil cihazların qorunması üzrə qlobal lider olan "Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib.
SecurityLab-ın verdiyi xəbərə görə, "iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub.
Əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.
İkinci rübdə "qara siyahı"ya daha çox düşən mobil proqramlar reytinqində "Facebook Messenger" və "WhatsApp"ın "Android" və "iOS" versiyaları, eləcə də "Android" üçün "Wickr Me" və "iOS" üçün "Tinder" yer alıb. Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb.
Digər Xəbərlər
26 Aprel 2024 15:45
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
25 Aprel 2024 17:44"Bakcell" ilə innovasiya dövrü başlayır - FOTO
25 Aprel 2024 17:38"Bakcell" Şuşada mağaza açacaq
23 Aprel 2024 19:13“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15