Vüqar Məmmədovun saxlanılması ilə bağlı "Hürriyət"dən AÇIQLAMA

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.
Adalet.az xəbər verir ki, Hurriyyet.az-ın məlumatına görə, əməliyyat 29 noyabr 2025-ci il tarixində, axşam saat 18:00 radələrində həyata keçirilib.
DTX-nin təxminən 10 nəfərlik əməkdaş qrupu verilişin bitməsindən dərhal sonra “Hurriyyet TV”-nin ofisinə daxil olub. Əməliyyat zamanı ofisdə axtarış aparılıb və telekanala məxsus bütün avadanlıqlar müsadirə edilib.
Eyni saatlarda Vüqar Məmmədovun Nizami rayonunda kirayə yaşadığı mənzildə də axtarış aparılıb, lakin oradan hər hansı sənəd və ya əşya götürülməyib.
Məlumata əsasən, həm evdə, həm də ofisdə aparılan axtarışlar DTX-nın müraciəti əsasında 26 noyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən həyata keçirilib.
Hazırda baş redaktorun hansı səbəbdən saxlanıldığı barədə rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur.
“Hürriyyət” redaksiyası bəzi saytların Vüqar Məmmədovun saxlanılmasını “Ramiz Mehdiyev işi” ilə əlaqələndirməsinə qəti etiraz edib, bu mülahizələri qərəzli və məqsədyönlü adlandırıb.
Qəzetin məlumatında qeyd olunur ki, Vüqar Məmmədova bir neçə ay öncə bəzi dövlət qurumları tərəfindən fəaliyyətini dayandırmayacağı halda həbs olunacağı ilə bağlı xəbərdarlıq edilmişdi.
Redaksiya bildirib ki, gün ərzində baş redaktorun saxlanılma səbəbləri ilə bağlı əlavə məlumat veriləcək.
Digər Xəbərlər
30 Oktyabr 2025 17:32 Yeraltı dayanacaq 1 həftə bağlı olacaq
30 Oktyabr 2025 15:16 Prezidentdən DTX-nin saxladığı icra başçısı ilə bağlı SƏRƏNCAM
30 Oktyabr 2025 14:22 "Bəzi qədirbilməz məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıq" - Eldar Əzizov
30 Oktyabr 2025 13:47 İÇİNDƏ TELEVİZOR VAR?
30 Oktyabr 2025 13:02 "Hürriyyət"də əməliyyat - Vüqar Məmmədov saxlanıldı
30 Oktyabr 2025 12:37 BALAKƏNİN İCRA BAŞÇISININ MAAŞINI...
30 Oktyabr 2025 12:20 “Sosial mediada qurulan emosional münasibətlər vasitəsilə qadınlar aldadılır...”
30 Oktyabr 2025 12:07 

Bakı -°C 






