Vulin: Serbiyada etirazlar yaxın günlərdə daha radikal hal ala bilər

"Aksiyaların yaxın günlərdə radikallaşacağını gözləyirəm".
Adalet.az xəbər verir ki, bunu Serbiyanın baş nazir müavini Aleksandar Vulin söyləyib.
“İlk öncə vurğulamaq istəyirəm ki, etirazçıların əksəriyyəti Serbiyanı sevən vətənpərvərlərdir. Lakin onları idarə edənlər Qərbin nəzarəti altındadır”, – o deyib.
Bununla yanaşı, respublikanın baş nazir müavini vurğulayıb ki, Serbiyanın güc strukturları “ölkəni qorumaq üçün yetərincə güclüdür”.
“Həmçinin gözləyirəm ki, yeni hökumətin formalaşmasından sonra vəziyyət tam nəzarətə götürüləcək”, – siyasətçi bildirib.
Daha əvvəl Vulin Serbiyadakı etirazların təşkilatçısının Trampın əleyhdarı olan “dərin dövlət” və Avropanın bir neçə xüsusi xidmət orqanı olduğunu iddia etmişdi.
Xatırladaq ki, 2024-cü il noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərindəki dəmir yolu vağzalında konstruksiyanın çökməsindən sonra respublikada hökumətə qarşı etiraz aksiyaları başlayıb və bu günədək davam edir. Etirazçılar faciəyə görə iqtidarı günahlandırırlar.
Digər Xəbərlər

Sadır Japarov Azərbaycana GƏLİR

Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər

Şimali Koreya Rusiyaya 30 min əsgər göndərəcək

"Moskva-Bakı münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır" - Rusiya XİN

Növbədənkənar katolikos seçkisi olacaq - Paşinyan

Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı - YENİLƏNİB

Təkcə Şahin Şıxlinskini saxlamağa bu qədər adam gəlibmiş - VİDEO
