“Vorskla”-“Qarabağ”ın hakimləri bəlli olub
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ”ın səfərdə Ukraynanın "Vorskla” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Adalet.az xəbər verir ki, noyabrın 8-də Poltavadakı Aleksey Butovski adına stadionda baş tutacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Alen Byeri və Lukas Fandrix olacaq. Almaniyalı Edqar Ştaynborn görüşün hakim-inspektoru, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Digər Xəbərlər
06 May 2024 12:20
Ançelottinin sözləri Ardanı özündən çıxardı - "Real" rəhbərliyi belə istədi
06 May 2024 09:31Azərbaycan çempionatı: "Səbail" "Qəbələ"yə qarşı
05 May 2024 09:57“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19