Volkan Konak qəfil vəfat etdi - YENİLƏNİB
Türkiyəli məşhur müğənni Volkan Konak 58 yaşında vəfat edib.
Adalet.az xəbər verir ki, sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.
Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.
XXX
01:10
Türkiyənin məşhur müğənnisi Volkan Konak Kıbrısda konsert zamanı səhnədə huşunu itirib.
Adalet.az xəbər verir ki, müğənniyə səhnədə ilkin tibbi yardım göstərilib. Ona səhnədə 10-15 dəqiqə ürək masajı edilib. Konserti yarımçıq qalan Konak xəstəxanaya yerləşdirilib. İfaçının infarkt keçirdiyi ehtimal edilir.
Hələlik müğənninin səhhəti ilə bağlı heç bir açıqlama verilmir.
Digər Xəbərlər
25 Mart 2026 19:44
"Qızım mənim verilişimə baxmır"
25 Mart 2026 18:43
Şakiranın Doha konserti təxirə düşdü
25 Mart 2026 11:19
Türkiyədə bu məşhurlar da saxlanıldı - Siyahıda Hande Erçel də var
24 Mart 2026 17:53


Bakı -°C

