adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 May 2020 10:31
13906
DÜNYA

Vladimir Jirinovski: “Deputatların sayını azaldaq və pula qənaət edək”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ölkədə pula qənaət etmək və yerli parlamentlərdə sosial məsafəni təmin etmək məqsədilə deputatların sayının iki dəfə azaldılmasını təklif edib.

"Ölkə üzrə deputatların sayının azaldılmasını təklif edirəm. Pula qənaət edərik”, - deyəV.Jirinovski bildirib.

Siyasətçi, həmçinin, ölkəyə koronavirusla bağlı vəziyyəti yaxşılaşdırmaq üçün daha bir üsul təklif edib. Onun fikrincə, Rusiyada iki və ya üç ildən bir seçkilər keçirilməlidir.

Xatırladaq ki, hər il sentyabrın ikinci bazar günü Rusiyada vahid səsvermə günü təşkil olunur, həmin tarixdə federal və yerli seçkili orqanların üzvləri seçilir.