Vinisius millinin növbəti oyunlarını buraxacaq

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior Braziliya millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Adalet.az "Globo"ya istinadən xəbər verir ki, 25 yaşlı vinger DÇ-2026-nın seçmə mərhələsində Çili və Boliviya ilə matçlara dəvət almayacaq.
Yığmanın baş məşqçisi Karlo Ançelotti ona istirahət vermək qərarına gəlib. Vinisius istənilən halda Çili ilə görüşü buraxmalı idi. Çünki sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumdadır.
Qeyd edək ki, DÇ-2026-da iştirakı təmin edən Braziliya sentyabrın 5-də Çili, beş gün sonra ilə Boliviya ilə qarşılaşacaq.
Digər Xəbərlər

Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" ÇL-in pley-off mərhələsində ilk oyununa çıxır

Cüdoçumuz bürünc medal qazanıb

“Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub etdi

“Fənərbaxça” səfərdə “Göztəpə” ilə heç-heçə etdi

Qəzada ölən Jotanın ailəsinə 15 milyon dollar verildi - “Çelsi”dən jest

Azərbaycanın FIFA referiləri Konfrans Liqasına təyinat aldılar
