19 Avqust 2025 12:23
83
DÜNYA

Paşinyanla Pezeşkian arasında danışıqlar 1,5 saat davam edib - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, danışıqlar təxminən 1,5 saat davam edib.

Hazırda onlar mətbuata birgə bəyanatlarla çıxış edirlər.

 

***

İran Prezidenti Məsud Pezeshkian və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Adalet.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

 

***

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.