24 Avqust 2015 12:47
13614
MARAQLI

Vezuvi - əxlaqsızlığı gömən boz cəhənnəm

Vezuvi – ya daboz cəhənnəm... İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280metr olan bu vulkan bəşər tarixinin ən təhlükəli vulkanı sayılır. Bu gün dəminlərlə canı ala biləcək təhlükə saçan vulkan ilk dəfə eramızın 79-cuilində, avqustun 24-də püskürərək Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olmasına səbəbolub. Bu şəhərlər əhalisi ilə birlikdə külün, palçığın altında qalaraq bugünümüzə yeraltı daş heykəllər olaraq gəlib çatıblar. Nağıllardan, əfsanələrdənoxuduğumuz insanın daşlaşması həqiqətən də gerçəkləşib və özündən sonra daha müəmmalıbir əfsanənin dillər əzbəri olmasına şərait yaradıb. O zamankı çoxallahlılıqdövründən səmavi dinlərə qədər – hamısı Vezuvi dəhşətinin Allahın qəzəbiolduğunu təsdiqləyir. Çünki tarixin gördüyü ən pozğun dövr məhz həmin illərə təsadüf edir. Əxlaqsızimperator Kaliqulanın hakimiyyəti dövründə cinsi münasibətlərin sərhədtanımadığı, nəinki toplu şəkildə, hətta bazarda, küçədə insanların kütləvihalda izdivaca girdiyi bir mənzərəni təsəvvür etmək, bəlkə də, çirkin təxəyyülünbəhrəsi hesab oluna bilər, amma deyil – həqiqət olub. Ən dəhşətlisi, insest(ailə üzvlərinin cinsəl münasibəti) ən adi pompeylinin evində naharsonrası "çərəz”hesab olunurdu. İmperator Kaliqula öz bacısına aşiq olaraq törətdiyi günahladigər sakinlərə də "nümunə” olmuşdu.  Pompeyinhər yeri əxlaqsızlıq evləri ilə dolu idi. Cinsi azlıqlar əlindən burda tərpənməkmümkün deyildi. Bu şəhərdə cinsi münasibətin ən iyrənc növü normalqarşılanırdı. Əyyaşlıq, əxlaqsızlıq, homoseksuallıq gecə-gündüz şəhərin hərnöqtəsində davam edirdi.

Hadisənin baş verdiyi gün - Pompeyin songünü həyat həmişəki kimi davam edirdi. Bir neçə yüngül zəlzələ olsa da sakinlərbuna əhəmiyyət vermir, keflərinə davam edirdilər. Birdən kül yağışı başladı. Buda əxlaqsız Pompeyi əyləncəsindən ayırmadı.Pozğunluqdan, əyyaşlıqdan başlarını itirmiş insanlar heç nəyi görmür, hər şeyə laqeyd yanaşırdılar.Və budur, qorxunc partlayış baş verir. Şəhərin başına kül ələnir, boğucu qazdannəfəs almaq mümkün olmur, göydən daş yağır. Bütün şəhərin yox olması bir neçəsaat içində baş verir. Qorxunc fəlakətdən heç kim xilas ola bilmir. 18kilometrlik Pompey kül və qaynar palçığın altında qalır. Bütün zənginliklər,iyrəncliklərlə birlikdə Pompeyin insanları daşa çevrilir. 

21aa7b

Hətta illərdən,əsrlərdən sonra Pompeyin qalıqları tapılarkən bu acı gerçəyin göstəricilərigörənləri dəhşətə gətirmişdi. 1748- ildən başlayaraq Pompey ərazisində qazıntı işləri aparılıb. 1941-1950-ci illərdə artıq Pompeyin bir çox hissəsini qazıb çıxartmışdılar, o cümlədən şəhərə giriş darvazası, evlər, məbədlər, hamam, amfiteatr, abidə qalıqları kül və daş yığınının altından təmizlənmişdi. Qazıntı aparan arxeoloqları dəhşətə gətirən o idi ki, şəhər elə bil donmuşdu. Əxlaqsızlıq edən insanlar elə olduqları utancverici vəziyyətdə daşlaşmışdılar. Tapılan daş bədənlərin bir neçəsi qovuşuq-bitişikhalda olduğundan, araşdırılıb və ekspertiza nəticələri tüklər ürpədib. Onların çoxueynicinsə mənsub olanlar, uşaqbazlar və ailə üzvləri olub. Məsələn, sıraviPompey sakininin bitişik şəkildə daşlaşmış bədənlərdən biri qardaş, digərininbacı olduğu rəsmi təsdiqlənib. Dəhşətlisi odur ki, belə cütlüklər, hətta üçlüklər,dördlüklər başqa evlərdə də aşkarlanıb. 

Alimlərlə yanaşı, adi insanları damüəmma qarşısında qoyan İlahi cəzanın- vulkanın sürətidir. Gör vulkan nə qədər ani vəsürətli olub ki, insanlar iyrənc əyləncəsindən qalxmağa belə macal tapa bilməyiblər.Və bəşəriyyətə görk olsun deyə olduğu kimi daşlaşaraq bu günə qədər də torpağınqoynunda saxlanıblar. Amma bəşəriyyət bundan nəticə çıxardımı? Pompey iyrəncliyibu gün yoxdurmu? Var və deməli bəşəriyyət daşa dönmüş qardaşından dərs almayıb.Almayıb ki, bu gün də Vezuvi təhlükə Demokl qılıncı kimi baş üzərindəfırlanır.       



Vezuvi sonralarda minlərlə canı boz külünə qərq edib. 1631, 1794, 1822, 1872, 1906 vəsonuncusu 1944-cü ilə baş verib. Hər bir partlayış da faciəylə nəticələnib. Ənaz sonuncu da, 1944-cü ildə can alıb – 27 nəfər. Qalanlarında isə həlakolanların sayı yüzlərlə, minlərlə hesablanıb.

Vezuvi hələ dəfəaliyyətdə olan vulkandır, buna görə də qorxunc aqibətdən qaçılması üçün illərdirmühüm tədbirlər görülür. Fransa və İtaliya alimləri 1944-cü ildən bəri"susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükəaltında qala biləcəyini bildirirlər. Yerin 8-9 km dərinliyində maqma növününaraşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indikimaqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcəgüclü partlayış meydana gətirəcəyini bildirirlər.

İnsanlığın dəhşətlikabusu olan bu vulkan niyə susmur? Vezuvi kürən cəhənnəmin bu dünyadakı bozsimasımı?! Sualdan nidaya çoxdan çevrilmiş bir həqiqət var: Pompey əxlaqsızlığıbu gün də təkrarlanır. Bunun aqibəti isə boz cəhənnəmin təkrarlanması ola bilər!


Şəfiqə ŞƏFA