adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2018 10:00
17728
DÜNYA

VƏZİROV: «MUŞTULUĞUMU VERİN, ERMƏNİLƏR QAYIDIR!»

Dünya dağılır, Qarabağda ermənilərcamaatı süngüyə keçirir, milyona yaxın insan tökülüb Azadlıq meydanına, Vəzirovda çıxıb tribunaya deyir: «Muştuluğumu verin, ermənilər Bakıya qayıdır!».Yazığa muştuluq verən olmadı, fıştırıq verən oldu.

Gəlmişəm işə deyirlər:

- Müəllim, bəs muştuluğumu verin.

- Nə xəbərdi?

- Bəs bir Eduard Baqiryan adında ermənipolkovniki o platformadı-nədi, onunla gəlib Bakıya vur çatlasın yemək-içməkdi,dəniz qırağında xalqla görüşür.

Dedim:

- Aparsınlar qaçqınlarla görüş təşkil eləsinlər.Qoy özünün, ya da yetişdirdiyi əsgərlərin, zabitlərin igidliklərindən danışsın,qaçqınların bir az ürəkləri açılsın.