adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyul 2014 18:07
15148
KRİMİNAL

Vətənə xəyanətdə ittiham olunanlara ömürlük cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin məhkəmə prosesi keçirilib.

 

Virtualaz.org saytının verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Ağamir Ağamirov və Hafiz Vəliyevin ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.

 

Məhkəmə prosesi iyulun 31-də davam edəcək.

 

Xatırladaq ki, ittiham aktına görə, Ağamir Ağamirov və Hafiz Vəliyev İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "Sepah”la məxfi əməkdaşlıq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları "Sepah”ın əməkdaşlarına təqdim ediblər.

 

Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub.