Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara dəyişikləri imzalayıb.
Belə ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.
Beləliklə ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

