Vətəndaşın kartından 27 283 manat belə oğurlandı
Vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
"+94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz", - E.Hacıyev vurğulayıb.
O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri əldə edilərək adına bankdan 21 000 manat kredit çəkilib:
"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib".
"Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər", - E.Hacıyev əlavə edib.
Digər Xəbərlər
24 Dekabr 2025 10:17
Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı
23 Dekabr 2025 17:10
Şəhid bulağından oğurluq edildi - VİDEO
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18


Bakı -°C

