adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Aprel 2019 17:18
11594
ƏDƏBİYYAT

Vətən sevdalı igid

ÇavuşRamin Hümmətov aprel döyüşlərində elə bir qəhrəmanlıq göstərdi ki, onun 6 günərzində keçdiyi döyüş yolunu Azərbaycan tarixinin şanlı səhifələrdən saymaqolar. Vətəninə layiqli övlad olmağı,onu canından çox sevdiyi, bu amal uğrundaqanından və hətta canından belə keçməyə hazır dayanmağı bir daha göstərdi.Döyüşlərdə son dərəcə cəsur, qorxmaz olan Ramin Azərbaycanımızın halal torpaqlarına soxulan neçə-neçə düşmənicəhənnəmə vasil etdi. Beləcə də vətənin qeyrət sınağında millətin başınıucaltdı. Sübut etdi ki, biz məğlub olmağa layiq xalq deyilik. İndi xalq özqeyrətli oğlunu əsl övlad məhəbbəti ilə sevir, yeni doğulan körpələrinə "Ramin” adını qoyurlar. Fəqət Ramintək oğlu olan vətən heç vaxt basılmaz.


Ramin Süleyman oğlu Hümmətov 1985-ci ildə dağlar diyarı, mərdlər beşiyi,dahilər yurdu olan Lerik rayonunun Hamarat kəndində dünyaya göz açıb. Bir müddət keçəndən sonra ata ailəsi götürüb birgə Lənkəran rayonunun Kərgəlankəndinə köçür, ocaq qalayır, yurd-yuva salır. Əqidəsinə, amalına sadiq,sözübütöv, mərd insan olan Süleyman kişi burada da tezliklə hörmət qazanır.Ramin də boy atıb, vətənin güvəndiyi mərd igidlərdən olur. Orta məktəbi başavuranda öz əqli, zəkası ilə çoxundan fərqlənir.Qəlbi vətən, torpaq sevgisinəsevdalanır…

2003-cü ildə kiçik ürəyində böyük bir Azərbaycan yaşatmaqla Milli Ordusıralarına xidmətə yola düşür. Ön cəbhədə xidmətə başlayır. İlk gündən fəallığıilə seçilir. Komandirlərdən, təcrübəli əsgər dostlardan silahla rəftarı, döyüşqaydalarını öyrənir. Vətənin hər daşına, qayasına vurğun gənc əsgərin ürəyidüşmən işğalında qalan əzəli yurd yerləri azad edib qələbə ilə evə dönmək arzusu ilə döyünür.Verilən tapşırıqları müvəffəqiyyətlə yerını yetirir, döyüş igidliyinə görəfərqlənir. Torpaqların qoruması naminə bir-neçə dəfə gücünü düşmənə göstərir.Həm də çətin anda, bəd ayaqda əsgər dostlarına etibarlı arxa, dayaq olur. Hərşeydən əziz bildiyi vətənə borcunu şərəflə verib,yaşadığı Kərgəlan kəndinəqayıdır.
Vətənin igid oğlu Lənkəranda hər yerdə, hər zaman hörmətlə qarşılanır, onunlaqürur duyurlar.Ramin xalqına fayda verməkdən başqa bir yol tanımır. Torpaqdanyapışır, zəhmətdən usanmır. Həyatda nə edirsə, sevgi ilə edir. Heç də hamıyaqismət olmayan qabiliyyəti zəhmət meydanında da ona uyğur gətirir, xeyirxahəməlləri, gərəkli işləri çoxunun əlindən tutur. Ülvi məqsədlərlə illəri yolasalır.Sevdiyi-seçdiyi qızla ailə həyatı qurur. Fatimə, Ruqiyyə adlı qızlarıdünyaya gəlir. Günləri nə qədər xoş keçsə də, canından çox sevdiyi vətəntorpaqların yağı tapdağında olması Ramini narahat edir, içini yandırır, hər anerməni cəlladlardan qisas almaq üçün məqam axtarır. Axırda namərd qonşularınxəyanətinə dözməyib ailədə məsləhətləşib, onların xeyir- duası ilə 2008-ci ildəmüddətdən artıq hərbi xidmətə gedir. Lazımi döyüş vərdişlərə yiyələnibcəbhənin ən qaynar nöqtəsinə yollanır və düşmənə sonsuz nifrətlə qisasgününə hazırlaşır. Elə bu ali məqsədlə vətən məhəbbəti, torpaq sevgisi daha daqəlbinə, ruhuna, hərəkətlərinə, davranışına hopur.

8 ilik əsgər həyatı çoxuna nümunə göstərilir. Yağı tapdağında qədim yurdyerlərini tezliklə azadlığı üçün daim döyüşçü səriştəsini artırır. Onu bacarıqlı komandir kimi də yüksək dəyər verirlər.Tabeliyində olan əsgərlərə qayğısını əsirgəməyən manqa komandiri həm də hərbisahəsində bildiyini onlara böyük həvəsləöyrədir. Təlimlərin yekunlarına görə çavuş Raminin manqası birincilər sırasında olur. Yaxşı dərk edir ki, yüksəkdəyərlərə, döyüş ruhuna malik əsgərlərin hünəri ilə ölkəmizin ərazi bütövlüyümütləq təmin olunacaq. Ulu öndər Heydər Əliyevin " Hər bir əsgər, zabit,döyüşçü vətənpərvərlik hissini,vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımızasədaqət hissləri hər şeydən üstün tutulmalıdır. Məhz bu keyfiyyətləri özündəcəmləşdirən, əks etdirən Azərbaycan ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirəvə hər an qələbəyə nail ola bilər” müdrik kəlamlarını gündəlik fəaliyyətindərəhbər tutur.

Vaxt tapıb evlə də əlaqə saxlayır. Atası Süleyman kişi ilə həmişə qürurla danışır.Bir dəfə isə deyir:

-Ata məndən arxayın olun. Mən möhtəşəm bir ordunun əsgəriyəm. Əsgər dostlarımda torpaq uğrunda canından keçməyə layiq igid ərdirlər. İndi Ali Baş Komandanhər bir əsgərin qayğısı ilə şəxsən özü maraqlanır. Milli Ordumuz Ali BaşKomandanın döyüş əmrini gözləyir. Ordumuz o qədər qüdrətlidir ki, daha ölməyəyox, yalnız öldürməyə gedəcəyik. Tezliklə düşməndən qisas alınacaq. Əmin olunki, o gün çox da uzaq deyil.

Bəli, Raminin gücünü erməni dığalarına göstərmək məqamı günbəgün yaxınlaşırdı.Düşmən Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəklikdən böyük qüvvə ilə hücuma keçir.Hətta dinc əhaliyə də güllə atırlar.

Yeni açılan 1 aprel günü… Qisas almağın ən mühümü, ən vacibi. Ramin dəstəsi ilədöyüşə atılır.Düşmənə endirilən ilk zərbə nəticəsini göstərir. Dığalarordumuzun gücünü görür. Çavuş Ramin dəstəsi ilə Lələtəpə yüksəkliyinalınmasında igidliklə, geriyə baxmadan irəliləyir. Füzuli istiqamətindədüşmənin xeyli sayda canlı qüvvəsi məhv edilir. Ramin lap öndə döyüşür. Xançinarətrafında beş dayaq məntəqəsi ermənidən təmizlənir. Komandir mayor AmilGöyüşov, gizir Daşqın İbrahimov, çavuşlar Təyyar Həsənov, Ayaz Hüseynovqələbəyə inamla, intiqam hissi ilə vuruşurlar. Təşvişə düşən düşməngəbərə-gəbərə qaçmağa başlayır. Ramin ermənilərlə amansiz mübarizə aparır.Rəşadətlə vuruşur.Təəssüf ki, çox saylı mərmi qəlpəsindən ağır yaralanır. Tezonu Əhmədbəyli hospitalına aparırlar. Ağır olsa da, hospitalda həkimlərümidverici heç nə demirlər. Müdafiə Nazirliyinin hərbi vertolyotu ilə BakıdakıSilahlı Qüvvələrin Mərkəzi Hospitalına çatdırilir. 

Ramin düşməndən yaxşı qisas almışdı. Qaldı ki, işğal altında olan torpaqlarhələ onun üçün böyük nisgil idi.Onun yenidən həyata qayıtmasına səbəb bunisgil, vətən eşqi olur. Sağ qalması əsl 
möcüzədir.Dörd ay müalicədən sonraailəsinin görüşünə gəlir.

Yaraları hələ tam sağalmayıb. Müalicəsini davam edir. Bütün ağrılara baxmayaraqRaminin ən böyük arzusu vətən torpaqların düşmən tapdağından azad görməkdir. Buna görə də son nəfəsə qədərdüşmənlə vuruşa hazırdır.

O,dövlət tərəfindən "Şücaətəgörə” medala layiq görülüb. Belə mərdoğullarla fəxr etməyə dəyər.


Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
” Qızıl qələm”, "Xalqın nüfuzlu ziyalısı”, " İlin vətənpərvər adamı” və " Azərbaycan Bayrağı” media mükafatçısı