adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 15:24
72
HADİSƏ
A- A+

Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi

Şuşaya ilk bayraq sancan Yaşar Hüseynovun anası vəfat edib.

Adalet.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası Zərnigar Hüseynova dünyasını dəyişib.

Zərnigar Hüseynova şəhid oğlu Füzuli Hüseynovun və həyat yoldaşı Əhəd Hüseynovun dəfn edildiyi Ağdam rayonu Mirəşelli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, mərhumun birinci Qarabağ Müharibəsində bir oğlu şəhid, iki oğlu isə qazi olub. Yaşar Hüseynov Şuşa şəhərinə ilk bayraq sancan döyüşçü kimi yadda qalıb.

Ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Həmçinin, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.