“Vest Hem” ötən il qəzaya düşən futbolçu ilə yollarını ayırdı

İngiltərənin “Vest Hem” komandası ötən ilin dekabr ayında avtomobil qəzasına düşən hücumçusu Maykl Antonio ilə yollarını ayırıb.
Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
35 yaşlı oyunçu keçirdiyi ağır yol qəzasından sonra reabilitasiya prosesini davam etdirir.
Yamaykalı forvard Premyer Liqa tarixində “Vest Hem”in ən məhsuldar oyunçusudur. 2015-ci ildən London təmsilçisində çıxış edən Maykl Antonio bu müddət ərzində 323 matçda 83 qolla yadda qalıb.