adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Noyabr 2019 14:08
11149
GÜNDƏM

VERİLİŞİ QULU MƏHƏRRƏMLİ APARIR...

Bugün məşhur televiziya aparıcısı, publisist, teletənqidçi, media mütəxəssisi, respublikanınƏməkdar jurnalisti olan professor Qulu Məhərrəmlinin reportyor kimi ekranlaraçıxıb reportaj, süjet, müsahibə, veriliş aparmasından 40 ildən çox bir vaxtkeçir. Bu illərdə onun yaddaqalan, geniş tamaşaçı auditoriyasında ictimairezonans doğuran bir sıra verilişləri olmuşdur. Bunlar hansı verilişlərdir?

1978-ciildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla göndərildiyiAzərbaycan televiziyasında Xəbərlər və Tədris redaksiyalarının verilişlərindəara-sıra reportyor kimi görünüb. 1982-ci ildə AzTV-də yeni yaradılmış "Beynəlxalqicmal” qrupuna rəhbərlik edib. Həmin qrupun hazırladığı "Planetimizin mənzərəsi”,”Qitələr,hadisələr”, "Azərbaycan dünya meridianlarında” kimi verilişlər qısa müddətdəpopulyarlıq qazanıb.

1991-ciildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxmağa başlayıb, "1000saniyə” və "24 saat” xəbər verilişlərini, həmçinin əsas xəbər proqramınıaparıb. Həmçinin həmin verilişlərdə siyasi şərhlərlə çıxış edib

1993-1995-ciillər arasında geniş tamaşaçı kütləsi toplayan "7 gün” populyaranalitik-informasiya verilişinin müəllifi və aparıcısı olub. O dövrdə bir peşəkarlıqməktəbi olan "7 gün” (Hacı Hacıyev) geniş tamaşaçı kütləsi toplaya bilib. Hadisələrin təhlilinəobyektiv və plüralist yanaşması ilə fərqlənən bu proqram Qulu Məhərrəmlini peşəkaraparıcı kimi auditoriyaya daha geniş tanıdıb.

1995-ciilin martında Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Qulu Məhərrəmli, həmin il qısa müddətdə "Xəbərlər”baş redaksiyasına da rəhbərlik edib. Beynəlxalq əhəmiyyətli tədbirlərdən, rəsmitoplantılardan canlı yayımlananreportajlar aparıb, ölkə başçılarının xarici səfərlərindən çoxsaylıhesabatlar, müsahibə və reportajlar hazırlayıb.

1995-ci il avqustun 14-də efirə çıxmış "Səhər”musiqi-informasiya proqramı, təkcə Qulu Məhərrəmlinin yaradıcılıqbioqrafiyasında deyil, bütövlükdə Azərbaycan televiziyası tarixində yeniestetik prinsiplərin ekran təcəssümü baxımındanyeni səhifə açıb. Peşəkar jurnalist, indi də teleməkanımızın baxımlıverilişlərindən olan bu proqrama 12 il rəhbərlik edib.

Toxunduğu hadisə, problem və faktlara fərdiyanaşması Q.Məhərrəmlinin AzTV ekranında ilk davamlı müəllif proqramı olan, ənmüxtəlif mövzuları araşdıran "Təfsilat”ın (1996-1997), sonralarsa"Gerçəklik”(1998-2000) verilişinin populyarlığını təmin edib.

2000-ci ildə Qulu Məhərrəmlinin yenidəninformasiya aparıcılığına qayıdaraq "Gecəxəbərləri” adlı xüsusi buraxılışa çıxması, bütövlükdə AzTV-də müəyyənbir canlanma yaratmışdır.

2001-ci ildə qısa müddətdə ekranlarda olmuş "Xalqınsözü” adlı tok-şou da müxtəlif mövzuların açıq ictimai müzakirəsinə görəxeyli maraqla qarşılanıb.

Q.Məhərrəmli 2005-ci ildə "Planetimiz bu gün” adlıbeynəlxalq informasiya bülleteninin aparıcı və şərhçisi olub. Bu verilişlərdə onun Qarabağ mövzusunda şərhləri,beynəlxalq həyata dair siyasi təhlilləri, görkəmli siyasətçilərlə apardığımüsahibələr maraqla baxılıb.

2007-ciildə AzTV-ni tərk edən Qulu Məhərrəmli Xəzər TV-də fəaliyyətini davam etdirib. Buradaefirə çıxan "Dost məclisi” (2007-2010) proqramına aparıcılıq edib. 2010-cuildən isə həmin telekanalda həftəlik hadisələrin təhlilinə həsr olunmuş "Gündəm”proqramını aparıb. Hər iki veriliş qısa müddətdə tamaşaçılar arasındapopulyarlaşıb.

QuluMəhərrəmli hazırda peyklə yayımlanan GünAz TV ilə əməkdalıq edir. 2016-cı ildənbu telekanalda efirə çıxan "Mətbuat aynasında” populyarverilişinin aparıcısıdır.

Azərbaycan telejurnalistikasının inkişafındamüstəsna xidmətləri olan professor Qulu Məhərrəmli müxtəlif mövzularda 20-yəyaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləribeynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə populyarxarici serialın Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

MəryəmƏHMƏDLİ