Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb
2025-ci ilin yanvar - noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 faiz artıb.
Bu barədə Adalet.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 899,0 milyon manat və ya 8,7 faiz artıb.
Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.
2025-ci ilin yanvar – noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz artaraq 3 milyard 832,2 milyon manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 203,0 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 faiz artıb və 155,0 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1 milyard 6,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artıb və 713,7 milyon manat təşkil edib.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

