Vəng bizimdir, orada nəyi sökərik, nəyi tikərik, o da bizlikdir
Ermənilər yenə də artistlik repertuarına başlayıb.
Adalet.az xəbər verir ki, ermənilər qədim Azərbaycan torpağını işğal edərkən burada öz “qədimliklərini” təsdiq etmək üçün başlarından böyük işlərə əl atdılar. Başladılar, özlərindən icad etdikləri “qəhrəmanlıq” abidələri quraşdırmağa. Guya bu tip abidələr tikib qurmaqla adlarının üstündəki “işğalçı” kəlməsini oradan silə biləcəklər. Bu minvalla Qarabağın hər bucağına xaçkarlarla bərabər “qəhrəmanlıq” abidələri də qondardılar. Onlardan biri də Ağdərə rayonunun Vəng kəndindədir.
Ermənilər yazırdı ki, 1992-ci ilin sentyabrında Ağdərə, Laçın, Qubadlı və Zəngilan rayonlarında ermənilərin özünümüdafiə və azadlıq döyüşlərində iştirak edib. Həmin dəstəyə Vənkdən olan döyüşçülərdə qoşulub və Vəng könüllü dəstəsi yaranıb. Sonrakı müharibələrdə dəstənin komandiri Y.Akopyan və onun 30 döyüşçüsü əllərinə qurban olduğum ordumuz tərəfindən məhv edilir. Ermənilər də bundan bərk sarsılaraq onların “acı, çox acı “ xatirəsini bu heykəllə əbədiləşdirirlər.çaqqalların bəyliyi, canavar meydana gələnə qədərdir.
Şanlı Ordumuzun qələbəsindən sonra Azərbaycan ərazilərində Azərbaycan dövlətinin icazəsi olmadan tikilən bu növ tikintilərin götürülməsi növbəsi Vəngə də çatdı. Ermənilərin bəh-bəhlə tikdirdiyi o abidə sökülüb.
Ermənilər bu hadisəyə havalanıblar. Hazırda Ermənistan mediası ağız-ağıza verib kin qusmaqla məşğuldurlar. Heç birinin də ağlı kəsmir ki, axı bütün dünya Qarabağı Azərbaycanın ərazisi bildiyi halda biz niyə qəzəblənirik?
Bunların etdiyi düppədüz axmaqlıqdır.
Vəng haqqında geniş məqaləm olacaq ... İzləyin...
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

