Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib.
Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub.
Keçirilən görüşlərdə Türkiyə və Azərbaycan vəkilləri arasında əməkdaşlığın gücləndirilməsi barədə təkliflər də səsləndirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyə vəkilləri və hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib.
Sədr, həmçinin Türk Dövlətləri Təşkilatı vasitəsilə türkdilli dövlətlər arasında hüquq sahəsində əməkdaşlğın gücləndirilməsi ilə bağlı da təkliflər irəli sürüb. Bundan başqa, türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadını olan Sürəyya Ağaoğlunun yubileyinin Şuşa şəhərində qeyd etmək barədə niyyətini də dilə gətirib.
A.Bağırov, eyni zamanda 2023-cü il – “Heydər Əliyev ili” əlaqədar olaraq Azərbaycanda müstəqil vəkilliyin yaranmasında ulu öndərin rolu ilə bağlı bütün türk dövlətlərindən olan vəkillərin iştirakı ilə xüsusi konfrans keçirmək arzusunda olduqlarını bildirib.
Vəkillər Kollegiyası sədrinin təklifləri Türkiyənin məhkəmə hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən maraqla qarşılanıb. Qeyd olunan məsələlərin Türkiyə-Azərbaycan, eləcə də türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Digər Xəbərlər
 31 Oktyabr 2025 17:53
 31 Oktyabr 2025 17:53 Meşəbəyi rüşvətə görə HƏBS EDİLDİ
 31 Oktyabr 2025 15:34
 31 Oktyabr 2025 15:34 Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir
 30 Oktyabr 2025 14:27
 30 Oktyabr 2025 14:27 Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib
 29 Oktyabr 2025 16:28
 29 Oktyabr 2025 16:28 

 Bakı -°C
 Bakı -°C 










