Vəkillər Kollegiyası toplandı, xəbərdarlıq edildi
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Qurumdan Adalet.az -a verilən məlumata görə, iclası giriş sözü ilə Kollegiyanın sədri Anar Bağırov açaraq bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqi barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Yığıncaqda Tərtər və Astara rayon vəkil bürolarının təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul olunub, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılıb.
İclasda vəkillər barəsində başlanılmış 8 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə irad, 1 vəkilə xəbərdarlıq verilib, 3 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 3 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Digər Xəbərlər
03 May 2024 15:55
Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib
03 May 2024 11:11Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular
01 May 2024 17:20Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49