adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Dekabr 2018 15:31
17254
ƏDƏBİYYAT

VƏ BÜTÜN QARANLIQ OTAQLAR - İŞIĞA GEDƏN YOL

R.Taqor deyir ki, "Şeirinsaflığı qəlbin odu ilə yoxlanılır”. Ərəb filoloqları isə çox zaman şeirdə hərşeydən əvvəl vəzn və qafiyə axtarırlar. Belə dar və formal tələb təsirediciəsərlərin şeir adlandırılımasını aradan qaldırır, digər tərəfdən şeir ilə adinəzmi birləşdirir, yəni şerin şeiriyyətini, ruhunu, məzmun və ideya cəhətinihesaba almır.

Həqiqişeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəlidir. Şeirdə həmmusiqinin ahəngi, ritmi, həm rəsmin rəngarəng daxili cazibəsi həm heykəltaraşlığınfüsunkar hüsnü vardır.

TuralTuran şeirə çevrilmiş söz haqqında söz deyən şairlərdəndəndir. Gənc şairin yeni çap olunmuş "Və bütünqaranlıq otaqlar” kitabının ön sözünü Rüstəm Behrudi yazıb. Şair gənc şairinşeirləri haqqında fikirlərini belə qeyd edir: " Əzizim Tural! Şeirlərin masamınüstündə... və nə yaxşı ki, sən bunları yazmısan!”

Yazmaq vəyazdığına görə peşman olmayan söz adamına söylənilən bu fikirlər çoxqiymətlidir. İnsan ruhunu, mənəvi dünyasını dincə qoyan misralar şairin sözxəsinəsinin incilərindəndir:

Yenə səhər açılır,

indən belə ən böyüktabut-azadlıq,

ən böyük Vətənbaşdaşıdır.

Vətənihay-küy salmadan, mədhiyyə oxumadan sevmək necə də gözəldi. Şair bunu bütünvarlığı ilə duyur və duyduqlarını şeir şəklində oxuculara çatdırır... Budur birşairin fərqliliyi... Budur bir şairi yüz şairin içindən seçdirən amil. Pafosdanuzaq, səmimi və bir o qədər içdən yazılan misralar...

...Söndür!

Söndür gözlərindəkiyiyəsiz işığı,

Qoru özünü unutduğunküçələrdən.

Sən qadınsan axı...!


Bir qadınıqorumaq onu sevməkdən daha böyük işdi. Sevmək hələ hər şey demək deyil.Sevginin yolu əzablı və iztirablıdır. Şair bu əzabı ruhuna, qəlbinə, bütünvarlığına hopdurur. O bunu həm də onagörə edir ki, hər nəsnəni su kimi alışıb yanan duyğularına çiləyə bilsin...

Yıxıldım duamın üstə...

Ovcumu quc, ağlaməni,

Bax, əlsiz gəlirəm,tanrı,

Bətninlə qucaqlaməni.

Tanrı vəşair arasında arzuların qovşağı ancaq bir nöqtədə birləşir: "Quvuşmaq”nöqtəsində... Tural Turan gördüyü və duyduğu dünyadan qopur, ruhunu Tanrınınəllərinə təslim edir və bir növ rahatlıq tapır: "Ağrılardan qurtulmaq üçün...”

Bütün saatlartanrıya işləyir,

əqrəblər vururömrümüzün boynunu

birdən altmışasaya-saya...

TuralTuran zamanın fəlsəfi dərkində azaddır. O ruhundakı zamanı və zamandakı ruhunurahatlıqla idarə edə bilir. Tural Turan gah şaman ruhunu, gah da dərviş ruhunuyaşaya bilir. O şaman kimi ulu şüurdan istifadə edir, dərviş kimi ruhinarahatlığını ifadə edə bilir...

Sən gələndən

Ovuclarıma yazıramşeirlərimi,

əllərimi açanda

dua yerinə qəbulolunsun deyə...

Şairinsanlar arasında özenəbənzər, ruhuna yaxın, qəlbinə doğma insanlarınaxtarışındadır. Bu axtarış uzun bir yolun başlanğıcında onu təqib edir. Həm dəbu yolda o şairliyin formulu ilə tanış olur. Rüstəm Behrudi də kitabın önsözündə qeyd edir ki, "Mən uzun illərdi düşünürəm ki, şairlik-bütün ömrün boyuözünəbənzər adam axtarmaq, sonunda da onu tapmamaqdı.

Bu şairliyin formuludur. Ağır da olsa bunusənə arzulayıram.”

Bəli,şairliyin formulunu tapmaq və onu öz dünyanda yaşatmaq gözəldi. Tural Turan buformulu tapıb və bu formulu öz dünyasında yaşada bilir...

...Ay işığı, mənigöndər-

Göylərdən baxanməni.

Məni düz görməyənlər

Tanısın yaxındanməni...

Şeirlərintarixi onun müəllifinin ömrünü müəyyən edir. "Şeirin ömrü müəllifin ömrünəbərabərdir” deyirlər. Tural Turan şeirlərinin ömrünü duaya, etiraza, meydanoxumağa və fəlsəfi düşüncəyə tapşırıb. Bu tapşırıq ciddi tapşırıqdır. Butapşırıqdan qaçış yoxdur...

Tökülür ölümün dişi,

Ayağı tutulurzamanın...

Tanrı başdaşı olacaq

Sonuncu ölən adamın.

...Qız qarıyacaqtabutlar

Ölümün can verdiyigün.

Qandalı qırmışümidlər

Üstünə yeriyəcəkgöyün...

Tənha qalacaq göyüzü...

Tanrısız o dabezəcək.

Başın qoyub ağlamağa

Bir dəli adamgəzəcək.

Tural Turanın "Və bütün qaranlıqotaqlar” kitabı oxucuları aydınlığa, mənəvi işığa çıxaracaq kitabdır. İşığın,aydınlığın mübarək, şair!

Tural Cəfərli