adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 16:37
53
DÜNYA
A- A+

Vaşinqton və Kiyev nəyi razılaşa bilmir?

Vaşinqtonda ABŞ və Ukrayna arasında sülh sazişi layihəsi üzrə danışıqlar növbəti dəfə sənədlə bağlı tam razılığa gəlməyib.

Adalet.az xəbər verir ki, bu  barədə "RBC-Ukrayna" yazıb. 

Nəşrin mənbəsi dialoqun irəli getdiyini, lakin mətn üzrə yekun razılığın əldə olunmadığını qeyd edib.

"Biz indi yekun mətni 100% başa düşdüyünü demirik, lakin bu , irəliyə doğru daha bir addım idi",- KİV yazıb. 

Danışıqlarda ilk növbədə razılığa gəlmək ən çətin olan ərazi məsələsi müzakirə olunub. Mənbənin sözlərinə görə, mümkün kompromis dilinin axtarışı davam edir, lakin bu mövzu hər iki tərəf üçün əhəmiyyətli problemlər yaradır.