adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Mart 2018 10:57
13586
MƏMLƏKƏT

Vasif Talıbov xanımları təltif edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xanımların təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasında səmərəli fəaliyyətlərinə görə Cəfərova Siyatel Sevindik qızı – "Əməkdar müəllim” fəxri adı ilə, Fətullayeva Rəna Faiq qızı – "Əməkdar həkim” fəxri adı ilə, Ağayeva Günəş Əkrəm qızı – "Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə, Abbasova Zülfiyyə Mərdan qızı, Nəcəfova Nuranə Südeyib qızı – "Əməkdar tibb işçisi” fəxri adı ilə, Bayramova Çiçək Yunis qızı, Camalova Roza Əvəz qızı, Hüseynəlili Zivər İnşallah qızı, Təmoyeva Sənubər İsmixan qızı və Vəliyeva Mahirə Salman qızı – "Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.