adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyul 2019 12:47
62802
MƏMLƏKƏT

VAQİF QARAYEV,

Tanınmışlardan birxanım urinoterapiyanın (sidiklə müalicə) hesabına cavan qaldığını iddia edib. Və millət xanımın bu metodundan istifadə etmək istəyir, kütləvi surətdə saysız-hesabsız suallar gəlir.

Sübutlu təbabətdə belə bir şey yoxdur!!!

Başqa heç nə demək istəmirəm…

20 il əvvəl TəciliYardımda çalışırdım. İki yaşlı uşağıağır yalançı inaq tutması ilə (uşaq həyatı üçün çoxtəhlükəli vəziyyətdi) şəhərdəki xəstəxanaların birinə apardıq. Yolda tıxac var, yaşlı sürücüçox əsəbidi və deyir, mən başa düşmürəmbu uşağı xəstəxanaya niyə aparırsan? Sidiyini ver içsin, bitsin hər şey.

Ana bunu eşidənkimi xəstəxanaya getməkdən imtinaedir. Mənim bu vəziyyətin nə qədər təhlükəliolduğu barədə dediklərimi unudur və sidik haqqında düşünür.

Yenə sürücüsağ olsun, anaya dedi ki, sənin uşağın çox ağırdı, bunu sidik sağaltmaz,aparaq xəstəxanaya.

Dəhşət o idi ki, anasürücüyə inanır, mənə yox.

REDAKSİYADAN: HörmətliVaqif həkim, dəhşət o deyil ey, dəhşət odur ki,millət o xanıma inana, başlaya sidikiçməyə, şəhər sidik iyi verə.