Vaqif Mustafazadə haqda filmin təqdimatı keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi və BP-Azərbaycan şirkəti tərəfindən sabah virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim ediləcək.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Nizami Kino Mərkəzində filmin nümayişindən əvvəl mətbuat konfransı keçiriləcək.
Sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamının banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.
Film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52