adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Oktyabr 2019 09:23
14581
GÜNDƏM

VAQİF MUSTAFAYEVƏ BİR SUAL

«Space» telekanalında maraqlı və ciddibir layihə başlayıb: «Sadə həqiqətlər». Layihənin ideya müəllifi və aparıcısı məşhur kinorejissor, kanalın prezidentiVaqif Mustafayevdir. Verilişə dəvət olunanlarda tanınmış şəxslərdir. Veriliş az bir zamandaxeyli uğur qazanıb.

Son verilişdə millət vəkili, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov qonaq çağırılmışdı. SiyavuşNovruzov da çox səmimi bir insandı, həm də faktlarla danışmağı xoşlayır. Diqqətlə baxın buverilişə.

Məsələ nədi? Xaricdə oturub və yaxud elə daxildə bu dövlətə, bu millətə, dövlət başçısına şər-böhtan atanlarlabağlı Siyavuş Novruzova bir sual ünvanladı Vaqif müəllim. Siyavuş müəllimdə çox dolğun faktlarla cavab verdi.

Vaqif müəllim az qala bütün ziyalılarıittiham etdi ki, niyə onlara cavab vermirlər,niyə susurlar?

Əvvəla, görünür, Vaqif müəllim işi çox olduğundan mətbuatı izləmir. Ziyalılar həmin adamlara layiqlicavablar da verirlər, hətta bununla bağlı birDəyirmi Masa da keçirildi. Və həmin tədbirdə Azərbaycanın tanınmış siyasətçiləri və ziyalıları da iştirakedirdi.

Çox istərdim ki, Siyavuş müəllim də Vaqif müəllimə birsual verəydi. Görünür, qonaq oluduğuna görə ev yiyəsini incitmək istəməyib.Ona görə də həmin sualı biz veririk:

- Hörmətli Vaqif müəllim, siz Azərbaycandan çox-çox uzaqlarda tanınan bir kinorejissorsuz,istedadınıza, savadınıza və ziyalılığınıza da heç kim şübhə edə bilməz. Əlinizdə də «Space» kimi bir kanal var və bütün dünyada dayayımlanır. Bəs, siz niyə susursuz?Siz niyə onlara layiqli cavab verib yerlərində oturtmursuz?

Sualımız çətin olmadı ki?