adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Sentyabr 2019 13:49
82829
MÜSAHİBƏ

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

Bakı Şəhər DövlətYol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətindəbu fikri xüsusilə səsləndirdi

- Cənabpolkovnik, xeyli vaxtdır ki, sizinlə görüşmürük. Daha doğrusu, həm sizinbaşınız qarışıq olub, həm də bizim. Nə var, nə yox? İşləriniz necədir?

- Onudüz deyirsiniz ki, mənim başım həmişə qarışıq olur. Bu da iş-güclə bağlıdır.Bir tərəfdən təbliğat işlərinin aparılması, televiziya və mətbuatdaçıxışlarımız, digər tərəfdən də keçirilən reydlərin davamlı olaraq gerçəkləşdirilməsitəbii ki, bizdə zaman qıtlığı yaradır. Siz zəng vuranda başım çox qarışıq idi.Amma gördüm ki, sizsiniz, o dəqiqə telefonu açdım. Bilirəm ki, "Ədalət” qəzetihəmişə yol polisinin işinə çiyin verir, bizim reyd və yoxlamalarda yaxındaniştirak edir. Şükürlər olsun ki, işlərimiz də öz qaydasında gedir...

- Bununecə başa düşmək olar?

- Çoxsadəcə, yəni, yol polisinin başlıca vəzifəsi hərəkətin təhlükəsizliyini təminetmək, hərəkət iştirakçılarını mənzil başına sağ-salamat çatmasına kömək göstərməkdir.Aydındır ki, bu işi də icra etmək hər bir yol polisindən və hərəkətiştirakçısından yüksək məsuliyyət tələb edir. Əgər bir yerdə ki, məsuliyyətvar, deməli, orda həm də müsbət nəticələr olacaq.

- Cənabpolkovnik, müsbət nəticə dediniz, yadıma yol-qəza hadisələri düşdü. Maraqlıdır,bu gün Bakı şəhərində yol-qəza hadisələri artıb, yoxsa azalıb?

-Maraqlı suala görə, təşəkkürümü bildirirəm. Bir faktı deyə bilərəm ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyatakeçirdiyi məqsədyönlü tədbirlər nəticəsində əvvəlki vaxtlarla müqayisədə yol-nəqliyyathadisələrinin sayı azalıb, ölüm və xəsarətalma halları aşağı enib. Bu ona dəlalətedir ki, hər bir yol polisi öz üzərinə düşən vəzifə məsuliyyətini dərindən dərk edir və növbə ərzindəqarşıya qoyulmuş vəzifəni yerinə yetirməyə çalışır...

- Sizyol-nəqliyyat hadisələrinin azalmasından, ölüm və xəsarətalma hallarının aşağıenməsindən söhbət açdınız. Bax, bu müsbət nəticələrə hansı addımlar atılmaqlanail olunub?

- Öncəonu qeyd edim ki, sutkanın 24 saatı yol polisi yüksək məsuliyyətlə çalışır. Birqayda olaraq Bakının küçə və prospektlərində hərəkətin təhlükəsizliyi maksimumsəviyyədə təmin edilir. Səhər və axşam saatlarında tıxaclar yarandığı yerlərə əlavənaryadlar göndərilir, yol polisləri avtomobillərin hərəkətini tənzimləyirlər.Xüsusən yağışlı və yağmurlu havalarda hərəkətin yüksək sürətli olduğu prospektlərdəsürət həddi aşağı endirilir və nəqliyyat vasitələrinin hərəkəti diqqət mərkəzindəsaxlanılır. Yəni mövcud qəza şəraitləri yol polisinin köməkliyi ilə aradanqaldırılr. Üstəlik də mütəmadi olaraq həm sürücülər, həm də hərəkətiştirakçıları ilə bağlı reydlər təşkil edilir. Piyadaların yerüstü və yeraltıkeçidlərdən istifadə etməsi xüsusilə diqqət mərkəzində olur. Təbii ki, "Yol hərəkətihaqqında” Qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətəcəlb edilir və onlar barəsində inzibati protokol tərtib edilməsi önə çəkilir...

- Yəqinki, inzibati tədbirlərlə yanaşı, hərəkət iştirakçılarının maarifləndirilməsi məsələsidə diqqət mərkəzində olur...

- Heçşübhəsiz! Çünki bizim əsas məqsədimiz baş verə biləcək qəzaların qarşısınıalmaqdır. Bunu həm inzibati, həm də maarifləndirmə yolu ilə həll edirik. Bilmirəmsiz fikir vermisiniz, ya yox, reyd və yoxlamalar zamanı həm sürücüləri, həm də piyadalarıinzibati qaydada cəzalandırmaqla yanaşı, onları maarifləndirməyi də ön plana çəkirik.Bu reydlərdə sizin özünüz də dəfələrlə iştirak etmisiniz. Görmüsünüz ki,inzibati yolla cərimə edilən hərəkət iştirakçıları ilə yanaşı, maarifləndirmə tədbiriilə qanunu pozanlar da diqqət mərkəzində saxlanılır. Aydındır ki, bu da qəzalarınqarşısının alınmasında öz sözünü deyib.

-Sentyabrın 16-sı bütün ümumtəhsil və ali məktəblərdə dərs ilinin başlanmasınastart veriləcək. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hansıqabaqlayıcı tədbirlər gerçəkləşdirir? Sirr deyil ki, həmi günü orta və ali məktəblərinyaxınlığından keçən küçə və prospektlərdə bir sıxlıq yaranır...

- Çoxyaralı və mühüm bir məsələyə toxundunuz. Hər il sentyabrda dərs başlananda bizmütəmadi olaraq hələ öncədən hərəkət iştirakcıları arasında təbliğat, təşviqatvə maarifləndirmə işləri aparırıq. Sürücülərlə və hərəkət iştirakçıları iləsöhbətlərimiz olur. Bu dəfə də öncədən çəmiyyət arasında bu söhbətləriaparmışıq. Çünki bir qayda olaraq yeni dərs ili başlananda bir çox sürücülər təhsilmüəssisələrinə yaxın yollarda, küçələrdə, prospektlərdə tıxaclar yaradır,"dayanma” və "durma” qaydalarını pozur və nəticədə tıxaclar yaranır. Bununqarşısını almaq üçün biz Bakı Şəhər Nəqliyyat Agentliyi ilə birlikdə həmin günböyük tədbirlər planı həyata keçirəcəyik. Təbii ki, bu qabaqlayıcı tədbirlər həmingün şəhərimizdə mövcud problemlərin yaranmasını aradan qaldıracaq və digər çətinliklərinbaş qaldırmasına imkan verməyəcəkdir.

- SizinBakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə həmişə hərəkətin təhlükəsizliyi iləbağlı böyük tədbirlər planınız olur. Təbii ki, bu plan ilk növbədə hərəkətiştirakçılarından biri olan məktəblilərin təhlükəsizliyinin təmin edilməsinəyönəlib...

- Bu çoxmühüm bir məsələdir. Çünki məktəblilərin il boyu hərəkətin təhlükəsizliyi iləbağlı maarifləndirilməsi həm Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də Təhsilİdarəsinin prioritet vəzifəsidir. Bu o deməkdir ki, 1-ci sinifdən tutmuş, 11-cisinifə qədər bütün şagirdlər yol hərəkəti qaydalarını öyrənməli və əməl etməlidir.Və hər il biz birlikdə "Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı keçiririk. Həmintəhlükəsizlik aylığı zamanı əməkdaşlarımız Bakının uşaq bağçalarında, ümumtəhsilməktəblərində olur, onlara yol hərəkəti qaydalarına əməl etməklə bağlı öztövsiyələrini verirlər, praşuralar, kitabçalar paylanır. Əgər 5-10 il bundan əvvəlki vaxtla indiki dövrümüqayisə etsək, görərik ki, nəqliyyat vasitələri tərəfindən məktəblilərinvurulması minimum həddə endirilib. Çünki bizməktəblilərlə çox səmimi söhbətlər edir, onlara yol hərəkəti qaydalarınıbaşa salır, təyin olunmuş yerüstü, yeraltı keçidlərdən, işıqforların olduğu vəxüsusi zolaqlanmış yerlərdən istifadə etməyi tövsiyə edirik. Təbii ki, bu cür təbliğatişləri yol hərəkəti qaydalarını mənimsəməkdə məktəblilərə çox böyük kömək göstərirvə nəticədə onların təhlükəsizliyi təmin edilir...

- Gəlinrazılaşaq ki, bu gün yol hərəkəti qaydalarına əməl etməyən sürücü də var,piyada da az deyil. Təbii ki, onların arasında məktəblilər də olur. Bax, necəetmək olar ki, məktəblilərin avtomobillərlə vurulması halları tamamilə aradanqaldırılsın...

- Birmənalıolaraq deyə bilərəm ki, yol polisi bu vəzifənin öhdəsindən bacarıqla gəlir.Çünki biz hər gün gördüyümüz təhlükəsizlik tədbirləri ilə bağlı məlumatları rəhbərliyindiqqətinə çatdırırıq. Onlar da bu məlumatları alandan sonra təhlil edir,nöqsanları diqqətimizə çatdırır və öz məsləhət və tövsiyələrini verirlər. Deməli,yenə baş verə biləcək qəzaların yaranmasında yük sürücülərin və piyadaların üzərinədüşür. Biz hər tərəfdə bir yol polisi qoya bilmərik ki, hərəkətə nəzarət etsin.Amma hər tərəfdə kameralar var. Sadəcə olaraq, sürücü və piyada öz üzərinə düşənməsuliyyəti hiss etməlidir. Və bəzən görürsən ki, ya sürücünün, ya da piyadanınməsuliyyətsizliyi üzündən yol-nəqliyyat hadisəsi baş verir. Biz yol hərəkətinintəşkili ilə əlaqədar olaraq bu məsələləri mütəmadi olaraq təhlil edib araşdırırvə qabaqlayıcı tədbirlər hazırlayırıq. Ancaq gərək hər bir valideyn övladlarınıdiqqət mərkəzində saxlasınlar. Əgər yol polisi, sürücü və piyada öz üzərinə düşənvəzifəni yerinə yetirsə, baş verə biləcək qəzaların qarşısını əsaslı surətdəalmaq olar...

- Cənabpolkovnik, son olaraq dərs ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarınaməsləhət və tövsiyələriniz?

- Mənkonkret olaraq həmin günü uşaqlarını, övladlarını məktəbə gətirən valideynlərə,sürücülərə üzümü tutub deyirəm ki, məktəbin yanından keçən, yollarda və küçələrdəavtomobilləri necə gəldi saxlamasınlar. Uşaqları düşürən kimi həmin yerdənuzaqlaşsınlar, "dayanma”, "durma” qaydalarına riayət etsinlər. Əks təqdirdə, bucür sürücülər yol polisi və Bakı şəhər Nəqliyyat Agentliyi tərəfindən məsuliyyətəcəlb ediləcəklər. Eyni zamanda uşaqlarını piyada məktəbə gətirən valideynlərə dətövsiyəm odur ki, həmin günü yol hərəkəti qaydasına əməl etsinlər və yolun təyinolunmuş yerindən keçsinlər. Belə olarsa, heç bir peşmançılıq yaranmaz, hamısağ-salamat məktəbə gəldiyi kimi evinə də geri qayıtmış olar...

Söhbətləşdi:Faiq QİSMƏTOĞLU