Van Nistelroy "Mançester Yunayted"ə qayıda bilər
Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy İngiltərənin "Mançester Yunayted" klubuna qayıda bilər.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisə Erik ten Haqın rəhbərlik etdiyi məşqçilər korpusuna qoşulmaq təklif olunub.
Bununla yanaşı, o, növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq "Bernli" klubuna rəhbərlik etmək təklifi alıb.
Qeyd edək ki, Van Nistelroy məşqçilik karyerasına 2014-cü ildə Niderland millisində Qus Hiddinkin köməkçisi kimi başlayıb. 2022-2023-cü illərdə PSV-ni çalışdıran mütəxəssis ölkə kubokunu qazanıb. O, 2001-2006-cı illərdə "Mançester Yunayted" klubunun formasını geyinib.
Digər Xəbərlər
06 Oktyabr 2026 09:25
Millətlər Liqası: İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qarşı
06 Oktyabr 2026 08:53
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyəni yenə məğlub oldu
05 Oktyabr 2026 22:18
Prezidentdən cüdo üzrə dünya çempionatının açılışı ilə bağlı paylaşım
05 Oktyabr 2026 20:00


Bakı -°C

