adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Dekabr 2018 10:30
9962
GÜNDƏM

VALLAH, MƏN ÖLMƏMİŞƏM

Mətbuatda oxudumki, Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq birinci müavini Asəf Məmmədovdekabrın 7-də evində özünü asaraq intiharedib. Yaxından-uzaqdan tanımasam da, üzüldüm. İndi də məlum olur ki,belə bir hadisə baş verməyib, «intihar» edənşəxs «Azinform»a açıqlama verib ki, bu xəbərdoğru deyil.

Mənfur Sovet hökumətivaxtı rəsmi ölüm kağızını redaksiyaya təqdimeləməsəydin qəzet başsağlığını çap etmirdi. Çünki buböyük bir məsuliyyət idi. Hətta belə birqanun da vardı, bir qəzet bir adamın ölümü ilə bağlı dörd və ya beşdən artıq başsağlığıqəbul etmirdi. Bunun da səbəbi o idi ki, vəzifəlinin, imkanlının yasına çoxadam getdiyi kimi, qəzetdə başsağlığı verməyədə növbəyə dura bilərdilər, bərabərlik aradan qalxardı. Nə isə…

Amma bizim mətbuatdatez-tez belə hallara rast gəlirik. Filankəs öldü, bəhmənkəs öldü və sonra da məlum olur ki, yalan məlumatıymış.

Bu insanların ailəsi var, əzizləri var, sevənləri var, el-obasıvar. Hələ şəxsin özünü qoyuram bir kənara, belə yanlış xəbərlər təbii ki, onları sarsıdır.

İndi A. Məmmədovöz açıqlamasında deyib: «Əsası olmayan beləağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdənistifadə edib mənəvi zərərin kompensasiyasını tələb edəcəm».

Çoxhaqlı olar belə bir addım atsa. Və yalan məlumatlar yazanlara da birgörk olar.

Yerigəlmişkən, şou əhlindən bir nəfəri öldürdülər-diriltdilər,öldürdülər-diriltdilər, yazıq axırda məcburolub öldü.