adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
21 Iyun 2019 17:10
43617
ƏDƏBİYYAT

Vahid Əziz - Ümman kimi çağlayan poeziya

Çağdaş şeirimizin görkəmlinümayəndələrindən biri olan Vahid Əzizin keşməkeşlərlə dolu poeziyası ümmankimi çağlamaqdadır. Onun yaradıcılığı ilə tanış olduqca,bu ümmana baş vurduqca onuoxumaq istəyirsən.Ömrünün müxtəlif vaxtlarında yazılmış bu şeirlər oxucunuhaldan-hala salır,xəyallar uzaqlaraaparır.

Vahid Əzizin uşaqlığı İkinci Dünya Müharibəsindən sonrakı dövrədüşmüşdü.

O illər, o qədər də asan illər deyildi və uşaqlığının çətin dövrüVahid Əziz poeziyasında öz əksini tapmaya bilməzdi.

Əslində Vahid Əziz nəinki uşaqlığını, elə həyatının böyük bir hissəsiniçətinlikdə, köçhaköçdə keçirmişdi. Onun özü demiş: "Həyatı keşməkeşli olub.Ordan-ora, burdan-bura köçüb”. Bu köçhaköçdə harda yaşayıbsa onun ömrünün birparçası orda ilişib qalıb. Köhnə yaşadığı yerdən təzə bina olduğu yerə yalnızxatirələrini gətirib. Acılı, şirinli, kövrək xatirələrini. O xatirələr bəzənsarı sim kimi tarıma çəkib Vahid Əzizin qəlbini, bəzən kaman kimi inlədib onuniç dünyasını. Bəlkə elə ona görə də Vahid Əzizin şeirlərində kövrəklik var. Bukövrəklik bəzən qəhər olub boğur onu. Bax o zaman onu boğan qəhər misralaradüzülərək "Qəhərə” çevrilir:

Körpəlikdən ən ağrılı günləri dərdim,

Acıları hakim oldu şeirlərimə

Ovcumdakı suluqları hey... üfürərdim,

O vaxtlardan qabarları doğmadır mənə.

Nə beşikdən doya bildim nə gəncliyimdən,

Özüm qurub odlandırdım od-ocağımı.

Mən atamın qocalığın görmədiyimdən

Əliyalın qarşıladım qocalığımı.

Diqqət yetirin bu iki bəndə. Əslində bu iki bənddə ifadə olunanfikirlər şairin bütün həyatını, yaşam tərzini əks etdirir. Həm də oxucuda kövrəkbir ovqat yaradır. O ağrıları, acıları yaşamış hər kəsi ilk uşaqlıq, gənclikxatirələrinə qaytarır.

Şairliyin, şair həyatının məhrumiyyətlərlə, acılarla, təhlükələrlədolu bir həyat olduğu heç kəsə sirr deyildir.

Vahıd Əzizə də şair taleyiqismət olub. Həmişə hesab etmişəm ki, şeirlər şairlərin yaşantılarıdır. Sevincvə kədəri, hiss və həyəcanı, duyğularının ifadəsi, həyatı, bir sözlə tərcümeyihalıdır. Bu Vahid Əzizdə elə belədir. Onun şeirlərini oxuduqca, həyatı ilə, tərcümeyi-halıilə, iç dünyası ilə daha yaxından tanış olursan.

Zamanım olmadı güləm doyunca

Darısqal günləri, ayları saydım

Hərdən düşünürəm: Şair olunca

Kaş ruhu olmayan bir daş olaydım

və ya

Ağıllana bilmirəm ki,

Harda gəldi ağlayıram

Bir sərgərdan buludam.

Bir doğma əl tapmıram ki,

Öpə-öpə dəsmal kimi,

Göz yaşını qurudam.

Vahid Əziz yaradıcılığa uzun müddət, özünün dediyinə görə 20 il fasiləverdikdən sonra poeziyaya böyük bir enerji ilə, hətta deyərdim ki, heyrət edicibir enerji ilə qayıtdı. Onun yaradıcılığının ən mühüm cəhəti ondadır ki, o şairkimi yaşayır, yaradıcılığında son dərəcə səmimidir və gözəgörünməz qüvvə necədiktə edirsə eləcə də yazır.

"Şair başdan-başa yanan ürəkdir.

Qovrulub dönmüşəm külə, yanmışam,

Görməyə nə var ki, duymaq çətindir.

Necə duymuşamsa, elə yazmışam”

Əslində bu bircə bənd şeir Vahid Əzizin bütün yaradıcılığının, əgərbelə demək mümkündürsə uverturasıdır. Onun yaradıcılığının leymotivini, ana xəttinitəşkil edir. VahidƏziz müsahibələrinin birində deyir: "Mən nə yazdığımı yazı prosesində bilmirəm.Nə yazacağımı da bilmirəm. Çox maraqlı bir melodiya, onlarla bərabər söz də gəlir.”

"Elə olur ki, aylarla şeir yazmıram. Amma yazanda elə bir zərbləyazıram ki, çünki onda mənə melodiya gəlir, oxuya-oxuya o şeirləri yazıram. Eləbir səs gəlir ki mənə eşitsən dəhşətə gələrsən”.

"Şeir Tanrının yazdırdığı inşadır, misraları Allah diqtə edir. Mənşeir yazanda içim musiqi ümmanı kimi çağlayır. Sözlər bu musiqili dalğalarınüstündəki bəmbəyaz köpüklər kimi aşıb-daşır...”

Görəsən Vahid Əziz göydən gələn melodiyanı yadda saxlaya bilsəydi vəhəmin melodiya ilə bu melodiya altında yazılan şeirin vəhdətindən necə bir əsəryaranardı?

Onun şeirlərində daxili bir musiqi ahəngi var. Şeirləri musiqiyə, bəstəkarınqulağına yatımlıdır.

Bu səbəbdəndir ki, bəstəkarlar Vahid Əzizin şeirlərini oxuyan kimi,onları bu şeirlər vəcdə gətirir.

Əgər Vahid Əziz adi oxucunu, sadə bir insanı şeirləri iləovsunlayırsa, özündən alıb göylərə apara bilirsə, yazıq bəstəkarlar neyləsin?!

Elə ona görə də Vahid Əzizin 200-dən artıq şeirinə mahnı, musiqi bəstələnibvə bu şeirlərinə yazılmış mahnılar populyardır, seviləndir. Elə bu səbəbdən dəVahid Əzizin şeirlərinə mahnı bəstələmiş bəstəkarlar zəmanəmizin, çağdaşdövrümüzün ən populyar bəstəkarları, mahnı ifaçıları isə xalqımızın ən məşhur sənətadamlarıdır.

Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar və onların ifaçılarışedevrlər yaradır. Bu mahnılar insanların qəlbini fəth edir.

Mən əminəm ki, nə qədər ki, Azərbaycan xalqı var, onun musiqisi, mədəniyyəti,ədəbiyyatı var, Vahid Əzizin də yazdığı nəğmələr yaşayacaqdır.

Vahid Əzizin poeziyasının mövzu əhatəsi çox rəngarəngdir. Bununlayanaşı heç bir tərəddüd etmədən cəsarətlə Vahid Əzizi məhəbbət şairi adlandırmaqolar. Əslində elə həyatın da, yaşamağın da mənası və elə bu səbəbdən poeziyanında əsas mövzusu məhəbbətdir.

Bununla yanaşı, Vahid Əzizin məhəbbət mövzusunda yaratdığı şeirlərinözü də çox spektrlıdir. Əgər biz onun bu şeirləriniümumi olaraq ağ işığa bənzətsək görərik ki, ağ işıq sınanda min bir rəngəçaldığı kimi, Vahid Əzizin də məhəbbət mövzusunda yazdığı şeirlər min bir rəngəçalır, və heç biri də bir-birinə bənzəmir. Hər birində fərqli nəfəs, fərqli mənavar. Lakin bu şeirlərin bir ana xətti var.

Təpədən dırnağa sevən ürəyəm,

Ayaqdan-başacan atəşəm, qoram.

deyən şairinbir neçə şeirini bu yazıya daxil etmək istərdim.

Bir sərgərdan buludam

Ağıllana bilmirəm ki,

Dəli kimi sevdiyimi

Birdəfəlik unudam.

Və ya

Xatirəm bir olsa ya iki olsa

Yaşayıb dözməyə nə varıdı ki?

Sənsiz yaşayardım, özümə qalsa

Sənsiz yaşamağa ürək qoyurki?

Sığışmır torpağa, ümmana, göyə

Xatirən bir deyil, beş deyil gülüm

Sevgini vücud da unutmur deyə

Ölümnən qorxmuram, qorxuram öləm

Vahid Əzizin özü sevgi məhəbbət haqqında deyir: "Sevgi ilahinininsana verdiyi ikinci ruhdur... ikinci ruh da hər kəsdə olmur. Insan sevəbilirsə deməli xoşbəxtdir”.

Vahid Əziz yaradıcılığının mayası səmimiyyətdən tutulub, onun xəmirisəmimiyyətdən yoğrulub. O, məhəbbət şeirlərində də belədir,məhəbbətində də,nifrətində də səmimidir. Diqqət yetirin:

Aman külək məndən yarı küsdürmə,

Od vuracaq, sevinəcək tüstümə,

Bu məhəbbət bir gün mənim üstümə

El-obanı güldürməsə yaxşıdır.

Və ya

Dünya elə bilir "Arsız qonağam”

Hamı düşünür ki, "Sənsiz də sağam”

Uzat, kor olsam da tanıyacağam

Əlini min zərif əllər içində.

Vahid Əzizin poeziyası bu gün gənclər, sevənlər tərəfindən çoxsevilir. Əgər sevənlər bir birinə özsevgilərini Vahid Əzizin şeirləri ilə bildirirsə, o xoşbəxt sənətkardır.

Vahid Əziz özü deyir. "Əgər cavan bir qız mənim kitabımda oxuduğu vəya efirdə dediyim bir şeiri götürüb telefonla sevdiyi kiməsə göndərirsə deməkorada özünü görür”.

Akademik Nizami Cəfərov demiş: ".....şair taleyi yüzlərlə, minlərləinsanın taleyində yaşanır. Sənətkar üçün bundan böyük xoşbəxtlik tapmaq çətindir”.

Çaşdım yolumun başıma sən sərdar olandan

Tapmır özünü, bu könül sərgərdan olannan

Hər gün küləyə yalvarıb sənnən soraq aldım

Gəlməzmi xəbər eşqidən xəbərdar olannan

Göyün tutulub-açması yalnız sənə bağlı

Günəş də batıb, məskənin uzaqlar olannan

Məcnun hələ də Vahid Əziz, özünə gəlmir

Sevdiyi deyil, qisməti biilqar olannan.

Və nəhayət Leyli-Məcnun sevdası.Vahid Əzizin qəhrəmanı məhəbbətininadiləşməyindən qorxur. Diqqət yetirin:

Sən ölüm anında batanda dilim

Demək istədiyim sonuncu kəlmə

Sındır budaq budaq, kəs dilim-dilim

Amma qurban olum yaxına gəlmə

Elə beləcə gəl mələk donunda,

Yetər çiçək kimi baxıb gülməyin,

Görünür ən böyük Adil olanda,

Qorxur sonrasından adiləşməyin.

Onun poeziyası üçün aforistik deyimlərartıq şairin, istedadı ilə yanaşı həm də onun müdrikliyindən, kamilliyindən, həyattəcrübəsindən, müşahidələrindən xəbər verir.

Bax ha, məhəbbət də insan kimidir

Qovula-qovula namərd də olar.

***

Daha məhəbbətə ümidi yoxsa

Sevən də dünyadan köçsə yaxşıdır.

***

Ayrılsaq heç zaman bar verməyəcək

Sevgimiz doğranmış çiçəklər kimi.

***

Çəkmə onu-nə dərddi ki,

Çəkilməli dərd ola?

Çəksən elə dərdi çək ki,

Qalan dərdlər rədd ola.

***

Kömürdən bilinər nəyin yandığı

Kimlərin yandığı küldən bilinməz.

Nakişi olanlar ağladıb məni

Sonra danlayıb ki, "Kişi ağlamır”

Vahid Əzizbütün lirikası ilə, qoşmaları, qəzəlləri, sərbəst şeirləri ilə nə qədər sevgidən,məhəbbətdən yazırsa yazsın, həm də üsyankar şairdir. Bu üsyankarlıq onun Vətənsevgisindən, xalq sevgisindən, dövlət sevgisindən gəlir, vətəndaşlığından gəlir. Böyükxalqın, böyük şairinin içindəki daxili narahatçılığından gəlir, sabahkınigarançılığından gəlir. VahidƏziz onu əhatə edən aləmdə müşahidə etdiyi nadanlıqlara, eybəcərliklərə üsyan edir.

Daha duyuram ki, batacaq səsim, qatilim- bu Yurda sevgim olacaq nəvaxt ki, tərgitsək yalan deməyi: nəvaxt əl götürsək saxta tərifdən hələlikgünaha hamımız şərik, birləşsəkdüşməni yenə bilərik, ovaxt qələbəni çala bilərik yoxsa Qarabağsızqala bilərik

Və belə olandaVahid Əzizi yer üzü bezdirir, o göylərə tələsir.

Mənim üçün nə ölüm var, nə olum,

Qopan teləm bir rübabdan ilahi

Apar məni dərgahında qul olum

Qurtar məni bu əzabdan ilahi

Və ya

Heç bilməzdim daşım belə ağırdır

Bəxtim belə biçararədi, fağırdı

Gedəcəyəm göylər məni çağırdı,

Daha yerdə qalmaq olmur əzizim.

Adama elə gəlirki, Vahid Əziz yer adamı deyil, nə vaxtsa göylərdə məskən salıb və indi yenidəngöylərə çəkilmək istəyir.

VahidƏziz anlat bu nə əməldir,

Biribeşik, biri tabut düzəldir,

Gəzibgəldim,-Dərgah burdan gözəldir,

Yerüzündə vaxtımızı itirdik.

Azərbaycan poeziyasının son əlli ili Vahid Əziz yaradıcılığı ilə müşayət olunur.Yarım əsrdirki, Vahid Əziz poeziyamızda ümman kimiçağlamaqdadır. O, əlli ildir ki, xüsusilə çox keşməkeşli, insan həyatının bütünsahələrini əhatə etdiyi ziddiyətlərlə dolu bir dönəmdə, yeni yaranmış bir dövlətdəcəmiyyətin hələ formalaşmadığı bir zamanda yeni yaranan nəsillərin ədəbi zövqününformalaşmasında, insanlara düzlük, xeyirxahlıq, halallıq, səmimilik, cəsarət,qeyrət, ədalət və məhəbbət hisslərinin aşılanmasında çox mühüm rol oynayır.

Elə bu səbəbdəndir ki, onun mövzusundanasılı olmayaraq bütün şeirləri oxunaqlı, ürəyə yatımlı, yaddaqalandır, təsiredici enerjiyə malikdir.

Gəlin onun"Vətəndaş sərçələr” şeirinə diqqət yetirək.

Binəsi kollarda, Vətən daşında, nəmülkü, nə gölü, nə adası var, ammaki, köçəri qaranquşun da, yerliyəşəriklik iddiası var!

Bizlərlə birlikdə gülüb-ağlayan buYurdun balaca sərçələridi, bəlkədə sərçəni cılız saxlayan, milləttəəssübü, Vətən dərdidi?

Vahid Əzizin şeirlərinin beləgüclü olması onu, daxilən sərbəst, geniş dünya görüşə və dərin həyat müşahidələrinə,yüksək intellektinə söykənir. Cəsarət VahidƏziz poeziyasını səciyyələndirən xüsusiyyətlərdən biridir. O,həyat gərçəklərini,insan münasibətlərini, ətrafında baş verən prosesləri poeziyaya ütüləyib gətirmir.Bu həqiqətlər, gərçəkliklər necədirsə, Vahid Əziz poeziyasında da öz əksini ocür tapır.

Doğranıb gedirikçırpılar kimi, dağ kimi əriyib təpə qalırıq, altundan olsaq da qara pul kimi, tamahbazarında xırdalanarıq, İndibir gözü var tərəzilərin, obirin kor etdik-pozuldu, pərsəng "Əmlakbazarının”-zəmanəmizin dəllalıya quldur, ya da pəzəvəng.

Birqənaətimi də bölüşmək istədim. Şairin 500-ə qədər toplanmış "Alça çiçəyinə bənzəyənömür” kitabını oxuduqca "Çiçək” ifadəsi məni özünə cəlb etdi. Az qala Şairiniki şeirindən birində "Çiçək” sözü işlədilir, özüdə o qədər yerində işlədilirki, heyran qalmaya bilmirsən. Çiçək kəliməsi Şair üçün həm mübtədadır, həm xəbərdir,həm təyindir. Bir sözlə istər nitq hissəsi istəsə də cümlə üzvü kimi şeirdə yertutur "Çiçək” Vahid Əziz üçün həm təşbehdir, həm məcazdır, həm də istiarə.

Çiçəklər həmdəmdi sevən ürəyə, ürəkgül açdısa, bir daha solmaz, insangözəlliksiz qalmasın deyə, ilinheç bir fəsli çiçəksiz olmaz.

***

A biçinçi, yol eləmə bu düzdən, görnələr var çiçəklərin nazında? Bənövşələrdoymaz Vahid Əzizdən şehəbatıb, yuxusunu yozanda.

***

Təzə-təzə bağlanırdı, birbənzərsiz Çiçək mənə, taleyiməkim qarğadı, biçingəldi bu çəmənə.

Bu yazını tamamlayana yaxın istədimki, bir oxucu kimi Azərbaycan Yazıçılar İttifaqına, Vahid Əzizə, "Xalq şairi” fəxriadının verilməsi ilə bağlı bir müraciətünvanlayım. Lakinonun oxuculara təqdim etdiyi aşağıdakı şeirini oxuduqdan sonra bu fikrimdəndaşındım. Şeirin adı "Vətəndaş”dır...

Bir gün, amma, dəqiq günü bilmirəm,

biryolluq gedəcəm mən bu şəhərdən,

nəfəs dərə-dərə şeirlərimnən,

məni duyacaqlar xatirələrdən.

Bir gün, bilirəm ki, o gün olacaq,

buz kimi məzarım qazılacaqdı,

amma ki, hamıdan fərqli olaraq,

onun baş ucunda Tanrıya məxsus

ikigözəl kəlmə,

ikigözəl ad: adı Vahid Əziz yazılacaqdı !

Bir gün, bu Vətənnən gedəcəm incik,

çünki, neçə başa ağır daş idim!

Tarix özü bilər, böyük, ya kiçik,-

amma, yazacaq ki – VƏTƏNDAŞ idim!

Belə olan halda bir daha fikrimdən vaz keçdimvə düşündüm ki, ən yaxşısı elə Vahid Əziz kimi VƏTƏNDAŞ-şair olmaq kifayət edər.

Əzizim Vahid Əziz!

Sizə yüz il ömür arzulamıram. Arzuedirəm ki, özünüz-özünüzə gərək olmayanda, qapı pəncərəni özünüz açıb-bağlayabilməyəndə, əliniz əsalıq olanda dayansın ürək...Ancaq hələ ona çox var. HələSizin bu dünyayla işiniz var.

Vahid Əziz çəkməz gözün aynadan xəyallarda göz-qaşın oynadan, ömrün çoxu köç etsədə dünyadan, gül-çiçəyəboylanırsan nədənsə...

Və sonda.Vahid Əzizin poeziyzsının təsirialtında yazdığım bu kiçik yazı heç olmasa şairin bir şeirinin oxucuya verdiyihiss qədər sevinc hissi verə bildisə və mən onda məqsədimə çatmışam.

P.S.Yazı çapa gedəndə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin Sərənamı ilə Vahid Əzizə artıqXalq şairi adı verilmişdi.

Ramiz Göyüşov