adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Aprel 2019 17:50
22089
ƏDƏBİYYAT

Vahid Əlifoğlu: NƏ GETMƏYƏ, NƏ QALMAĞA ÜZÜM VAR


Kim çəkibsə buçevrəni, sözüm yox,

Ha axtardım, hafırlandım, izim yox.

Nə getməyə, nəqalmağa üzüm yox,

Biraz qal var, bir az öl var içimdə.

Dağındibi, yalın dalı nağıldı,

Gümanlarımit unu tək dağıldı.

Sularındabalıqları boğuldu,

Kürüsüçürümüş göl var içimdə.

Nəaçarı, nə kilidi hasarın,

Gorevinə çəkilidi hasarın...

Bugördüyün şəkilidi hasarın,

Arxasınagizli yol var içimdə.

Çoxdutez qazanan, gec dolandıran,

Durmadıqabağa heç, dolandıran...

Qışdaneçə sürü, köç dolandıran,

Yaydaörəniyən çöl var içimdə...


FƏLƏSTİNUŞAQLARI

Uşaqatasından güclü

heçkimi bilməz.

Atalarının

Birbarmaq qurşun önündə,

Nəqədər aciz olduğunu

Özgözləri ilə gördülər.

Beşikdəntank olmaz,

Yüyrükdəntəyyarə.

Gülləyəatılan ilan kimi,

Qaldılarqıvrıla-qıvrıla,

Qaynarqumun üstündə-

Fələstinuşaqları...

Budünyanın şərqində

Güllələnənuşaqların

qığıltısıhimn deyil

Gözyaşları adi sudu,

İçindəbir ovuc duz ərimiş...

Qışqıra-qışqıra,

Hıçqıra-hıçqıra,

Mərmilərin,raketlərin

"Atdöşündə"qaranəfəs...

Yerdəqaçanlardan,

Göydəuçanlardan,

Kürəyini,sinəsini

Nişangahdasaxlayandan,

Hərkəsdən, hər şeydən,

Amandilər, mərhəmət umar-

Fələstinuşaqları...

...Buşun da nəvələri var

Raysınbətni-

Cəhənnəmdərəsi...

..Qərbin baş nazirləri,

Dəmirnazirləri, daş nazirləri...

Namussuzluğu,fahişəliyi ilə

fəxredən,

İtnazirləri, quş nazirləri,

Kişiolsalar da,

atadeyillər...

qadın olsalarda,

ana deyillər...

... Cəlladdantörənən də

cəllad olacaq,vallah...

La ilahə illəllah...

... Nəyə nifrət,

Kimə lənət?..

... Gözlərin görə-görə,

Ağlın kəsə-kəsə

Əlac edə bilməyəsən

Sevdiklərinə, əzizlərinə...

Bir gün baxırsanki,

Öz boy-buxunun

dar ağacıdı özünə,

Əllərin də kəndirdiboğazına.

Və ayaq üstə,

öz əllərinlə.

Öz-özünü boğuböldürmüsən,

Xəbərin dəolmayıb...

***

Karvan getdi,dalınca bax,

Bu kəsərsizqılınca bax.

Yorğana bax,balınca bax,

Yatırtdınağıllar bizi.

Bəxt karxana sərər,görməz,

Yetişməmiş dərər,görməz...

Allahdan gün görər-görməz,

Səbətə yığırlarbizi...

Göy nə çəkdi,yer bilmədi,

Biçən biçdi, vərbilmədi.

Anasına ər bilmədi,

Bilmədi oğullarbizi...

Nə fərqi var -erkək, dişi,

Tərgitməyək bu vərdişi.

Qurutmağa dəyməz,kişi,

Onsuz dasağırlar bizi...

***

Xoşbəxt günlərimizharda qurtarır,

Nahaq çəkdirirdinsən, bu hasarı.

Bütün icazələrburda qurtarır,

Niyə aşmalıyam mən,bu hasarı?

Quru xəyallardayaşayır adı,

Əkmədin, gözləməbiçində heç nə.

Hər şey busarayın hasarındadı

Girsəm nətapacam içində - heç nə.

Tənhalıq ömrümə ələyirqarı

Qonaqsız evlərdədərd var, azar var.

İndi göy üzününmələyi - qarı,

Endi yer üzünə,yerdə hasar var...

Eh,giley-güzardı axırda sevgi

Kağız çiçəkləriquşdan kiçikdi.

Vallah,şişirdirsən, bu xırda sevgi

Üst-üstəqoyduğun daşdan kiçikdi...

Sənsiz ölməmişəmillər uzunu,

Arvad söhbətiymişməni ağrıdan.

Niyə bilməmişəm,illər uzunu,

Hasar həsrətiymişməni ağrıdan...

Qılıqlı nəfəsə,sevdalı səsə

Ölüm ayağındaçatdım həmişə.

Dünyadan nəumdum, nə istədimsə,

Hasara bükülütapdım, həmişə...

Deyirdim ki, bəlkəçıxdı qanadım,

Göylər yurdyeridi, yer yuvasızdı.

Yaxşı ki, uçmağayoxdu qanadım,

Yaxşı ki, buhasar darvazasızdı...

***

Açdım hərsirrimi yoldan keçənə,

Yüz başa birsınıq qoldan keçənə.

Didilmiş yunqalır koldan keçənə,

Yazdım şeirlərimən nahaq yerə.

Bir çöp itkisinəçoxdu göynəyən,

Aclara nə varki, toxdu göynəyən.

Mənim dərdləriməyoxdu göynəyən,

Yazdım şeirlərimən nahaq yerə.

Bülbüldənmatahdı millətə, bayquş

Neyləsin ləkəliqeyrətə bayquş?

Biz vətənəyükük, qürbətə bayquş,

Yazdım şeirlərimən nahaq yerə...

Yolsuzyolçuların itiyi sözdü,

Dağılmış evlərinkötüyü sözdü.

Şair balasınınyediyi sözdü,

Yazdım şeirlərimən nahaq yerə.

Götürüb daş kimiatdılar məni,

Keçi qiymətinəsatdılar məni,

Qoyun sürüsünəqatdılar məni,

Yazdım şeirlərimən nahaq yerə.

Yel vurur,sovrulan külümə heyif,

Sevə bilmədiyimölümə heyif,

Əlli il çəkdiyimzülümə heyif!

Yazdım şeirlərimən nahaq yerə

Kim bilir,qayğısız yerdə doğulsam,

Gülərəm doyuncadərdə, doğulsam.

Mən şairolmaram, bir də doğulsam,

Yazdım şeirlərimən nahaq yerə...

***

Dərd qovurdu, qəddim,boyum qurudu

Dərdli sinəmoyum-oyum qurudu.

Dəhnəm uçdu,selim-suyum qurudu,

Gözlərimi silməyimdənkeçdi tay

Kaman kimi gərilmişəmVətənsiz,

Sarfa-sarfa dərilmişəmVətənsiz,

Yüz yolölüb-dirilmişəm Vətənsiz,

Birdəfəlik ölməyimdənkeçdi tay

Sozüm yoxdu yerəenmiş meymuna,

Məclislərdə şirədönmüş meymuna.

Çox əyildim itəminmiş meymuna,

Bu hikmətə gülməyimdənkeçdi tay

Vahid Əlifoğluzillətə düşdü,

Qısıldı yadlara,minnətə düşdü.

Mənim də qismətimqürbətə düşdü,

O dağlara gəlməyimdənkeçdi tay...

***

Bu dünyadı, gündə yazır,

Dağa-daşa çən dəyazır.

Bəndə pozur, bəndəyazır,

Fələyin adıymışelə...

Cələdədi sirr,quş gəlməz,

Tora, dənə hərquş gəlməz.

Yüzün yandır,bir quş gəlməz,

Lələyin adıymışelə...

Fırlan görüm, təkərşeytan

Uçuruma çəkərşeytan.

Şah iblisdi, nökərşeytan,

Mələyin adıymışelə.

Yollara bax, yolağıdı,

Yolçu getmir, dərddağıdı...

Torpaq qutuqapağıdı,

Bələyin adıymışelə.

Ovcumda gözüm,itmədi,

Gözümdə izim itmədi...

Ha tutdum, üzümitmədi,

Ələyin adıymışelə...

***

Yıxıldım, anamyıxıldım,

Tutmağa qol dayoxdu heç.

Dediyimi nəynəndeyim,

Deməyə dil dəyoxdu heç.

Bu yazını yazanyazıb,

Yazdığını sapdanasıb.

Bəydən samankasıb,

Girməyə kol dayoxdu heç.

Tük tərsinə, dəlləknaşı,

Arsız sifət,döndü, qaşı.

Hanı bu dəlininbaşı,

Səpməyə kül dəyoxdu heç.

Nağıllar pərən-pərəndi,

Axırı dağa dirəndi.

Dörd yanımız ithürəndi,

Getməyə yol dəyoxdu heç.

Bitməyən kötükqalmayıb,

Yeməyə kötəkqalmayıb.

Tutmağa ətəkqalmayıb,

Ətəklik əldəyoxdu heç...

***

Çəmənin xalçasıyox,

Mən bu bağı neyləyirəm.

Armudu yox,alçası yox,

Mən bu bağı neyləyirəm.

Duman yenib tülaçılmır,

Bülbül ötmür,gül açılmır.

Ağacına əlaçılmır,

Mən bu bağı neyləyirəm.

Gələn gəldi,söydü, bitdi

Torpağın sudöydü bitdi.

Nar qurudu, söyüdbitdi,

Mən bu bağı neyləyirəm.

Çiçəkləri yağdıelə,

Xəyallarda sağdıelə...

Özü boyda dağdıelə,

Mən bu bağı neyləyirəm...

***

Bir quş idi uçdubelə,

Ha yürüdüm qaçdıbelə...

Qurumuş ağacdıbelə,

Meyvəsin dərdiyimsəngər.

Oyundusa oyunhanı,

Qalx ayağa,boyun hanı?

Sən arxsansasuyun hanı?

Sinəmi gərdiyimsəngər.

Kiminsə süzdüyüanam,

Əcəlin özüydüanam.

Yaman qırmızıydıanam,

Yuxumda gördüyümsəngər...

***

Fələk ucadanbaxır,

Körpəyə qocadanbaxır.

Qapazı bacadanbaxır,

Çörəyi tələdənkeçir.

Ölüm ömrəqısılanda,

Elə buymuşyazılanda.

Kəndir kiməasılanda,

Kimə də şələdənkeçir.

Qazılarmı dərinqardaş,

İstidimi yerinqardaş.

Onsuz da əsgərinqardaş,

Taleyi lülədənkeçir...

***

Bu dünyadı,ağrın alım,

Deyib-güləcəkmihamı?

Kişi kimi, arvadkimi,

Bir gün öləcəkmihamı?

Dərd dəsıxıldığı yerə,

Axar yığıldığıyerə.

Qaçıb dağıldığıyerə,

Qaçıb gələcəkmihamı?

Dillənəcək bulal haram,

Başdaşıdı, qalarharam...

Tərəzidihalal-haram,

Çəkib böləcəkmihamı?

Su döydükcəqapısını,

Damı çöküb, qapısınıb...

Şəhidliyinqapısını,

Aça biləcəkmihamı?

***

Gülər dərdə dəlikimi,

Bel sınmayıbbeli kimi.

Fələk durub zəlikimi,

Sağılacaq,sağılmış ev.

Nə dəhlizi yeriyəndi,

Nə də daşı əriyəndi,

Nə də daşı əriyəndi.

Göz yaşındaçürüyəndi,

Göz yaşındaboğulmuş ev.

...Qismətindən çətinuşaq,

Bu dünyadan qədimuşaq.

Kimindi bu yetimuşaq,

Kimindibu dağılmış ev?..

***

anamyuxuma girir,

92-ciildə

torpağatapşırdığım anam...

ağsaçları xınalı,

qıpqırmızıpaltarda,

yəqin evimiziyandırıblar...

***

səsindən bilirəmki,

arvadımqocalıbdı.

on beş ildi,

üzünə baxabilmirəm...

***

keçən günlər,

keçən günlər...

ortasına daşatılmış

göl kimidi...

P.S. Ruhun şadolsun, şair!