15 Sentyabr 2023 13:50
1391
MARAQLI

Vağadu davası-Qafqaz ermənilərinin qubernatoru Stepanyans necə öldürüldü?

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:

Vağadu davası

Erməni tayfası yenə də toplaşaraq müsəlman kəndlərinə hücum etmək üçün bir dəstə yaradır. Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağadu müsəlman kəndinə hücum etdilər. Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və patron tədarükü etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağadu kəndinin əhalisi tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox erməni vurub yıxdılar. İkinci atışmada isə ölən ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar Ya Allah, Ya Əli, səndən mədəd deyib daha şiddətli atəş açmağa başladılar və yüz nəfərəcən erməni öldürdülər. 

Ermənilərə rəhbərlik edən Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu zaman müsəlmanların atəşindən üç güllə ona dəyib yerə sərdi. Ermənilər öz başçılarının yerə yıxılaraq çabaladığını görən kimi qaçmağa başladılar. Müsəlmanların təqdib etdiyi ermənilərin bir hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət olmasın. Tüfəngin qundağı sınsa da, özü salamar qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişi ilə parça-parça etdikdən sonra yıxılıb öldü. İrəli gəlib gördülər ki, həmin əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min manat pul var imiş. Belində də bir onaçılan qəribə tapança var idi. Deyilənə görə onun qoltuğundan bir kağız da çıxıb. O kağızda bu sözlər yazılıbmış: “Qafqaz ermənilərinin qubernatoru Stepanyans”. 
Nəhayət ermənilər öz yaralılarını da götürüb getdilər. Bu vuruşmada ermənilər tərəfindən 400 nəfərin öldürüldüyü təxmin edildi”. 

Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı. 
Vasif Əlihüseyn 
Ardı var...