adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2018 15:51
22317
GÜNDƏM

V TO VREMYA, KAK NAŞİ KOSMİÇESKİE KORABLİ

Millətdeyilik ey, kefik başdan-ayağa. Başqa millətlər Ayda McDonalds tikdirir, Marsa peyk göndərir ki, öyrənib görsünlər Marsda su varmı, varsa Yer üzündə su tükənəndəMarsdan su kəməri çəksinlər…

Bizdədə Günəşi fəth edəndən sonra bekarçılıq olduğundan alimlərimiz bölünüb iki yerə - Aşıq Ələsgərin doğum tarixi üstə bir-birini qırırlar.Biri Moskvadan sənəd gətirir, biri İrəvanınarxivlərindəki sənədləri istinad göstərir, bir aydan çoxdur ki, mətbuatıvə sosial şəbəkələri zəbt edib.

Ağlımızkəsəndən oxumuşuq ki, Aşıq Ələsgər 1801-ci ildə doğulub. İndi də deyirlər, yox, Ustadı 50 il qocaldıblar.

Birara akademik Ziya Bünyadov belə bir faktortalığa çıxartdı ki, Nəsimini diri-diri deyil, öləndən sonra soyublar. Aləm dəydibir-birinə. Nöşün? Nöşün ki, millət üçün Nəsiminin müqəddəsliyidiri-diri soyulmağındaydı. Guya edamedildikdən sonra soyulsa müqəddəsliyi itəcəkdi.

İndibizim üçün də Ustadın müqəddəsliyi 1801-ciildə doğulmağındadı. 50 il sonra doğulmuşolsa şeirlərinin ləzzətiguya qaçacaq.

«Elmvə həyat» jurnalında işləyirdim. Şəhriyar da sağ idi. Bizim jurnalda alimlərŞəhriyarın hansı ildə doğulması ilə bağlı bir müzakirə açdılar, bir-birlərini ittiham eləməyə başladılar. Biri deyir Şəhriyarfilan ildə doğulub, o biri deyir, yox, sənbilmirsən bəhmən ildə doğulub. Bir gün hər iki tərəf yığıldı baş redaktor Həsən Mehdiyevin kabinetinə, mübahisə…dartma, yaxam cırıldı…

Arayamən girdim. Dedim, Həsən müəllim, bunlarınmübahisəsini kəsməyin çox qısa bir yolu var.Soruşdu, nədi? Dedim, Şəhriyar ölməyib ha,sağdı. Əlinizin altında da telefon, mən Şəhriyarın Təbrizdəki telefonunun nömrəsiniöyrənim, zəng eləyin soruşun, məsələ də bitsin, bu alimlərimiz də getsin daha böyükkəşflərə imza atsınlar. Həsən müəllim güldüvə ondan sonra həmin alimlərin Şəhriyarla bağlı nəinki mübahisəsini, heç məqalələrini də çap eləmədik.

İndiAşıq Ələsgər sağ deyil ki, zəng edib özündənsoruşaq.

Dostlar,Aşıq Ələsgərin məzarı düşmən tapdağı altındadı, bəlkə ağlımızı Aşıq Ələsgərin neçənci ildə doğulmasınadeyil, Ustadın məzarını düşmən tapdağındanazad eləməyə yönəldək?