adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 May 2019 09:46
25994
ƏDƏBİYYAT

Üzrxahlıq edən şair ... Oxucudan gələn duet təklifi... - Ramiz Rövşənin imza günündən REPORTAJ

- Ulucay, dur, tez elə, getməliyik.

- Hara?

- Sual vermə, vaxt azdı.

Tez-tələsik Nəşriyyatdan çıxırlar. Uzaqdan qızlı-oğlanlı üç dörd gənc birqızı sürüyə-sürüyə gətirirlər.

- Emin, yüz faiz sevdiyindən ayrılıb, o qədər ağlayıb ki, ürəyi gedib.

- Hə, bunların sevgidən başqa dərdi yoxdu da.

Hüseyn Cavid parkında hər kəs xoşbəxtgörünür. Başına quşlar qonmuş Hüseyn Cavidin heykəli də.


- Emin, səncə nə vaxtsa sənin də heykəlini qoyacaqlar?

- Elə mən özüm heykələm də, amma başımda quşlar əvəzinə adamlardı. Oturublar başımda,ayaqlarını da sallayıblar aşağı.

Onlardan bir az qabaqda bir oğlan dondurma aparatının arxasında camaatadondurmasına dolayıb. Maraş dondurmasını adəti üzrə müştərini aldatdıqdan sonraverir. İşə bax da?! Həm pul verirsən, həm də səni dolayırlar.

Qəfil Eminquey Ulucaya dönüb deyir:

"Yenə bu şəhərdə üz-üzə gəldik

Neyləyək ayrıca şəhərimiz yox...”


Yolun o üzündə "Libraff” kitab mağazası görünür. Hələ də hara getdiyinibilməyən Ulucay əliylə mağazanın önündəki izdihamı göstərir:

- Görəsən orda adam ölüb-eləməyib?

- Heç kim ölməyib. 50 ildir ölüməşeir yazan Ramiz Rövşənin üç dənə gözəlbalası dünyaya gəlib. Tfu! Balası yox e, kitabı. Elə ora gətirirdim səni.

Ulucayla Eminquey içəri keçən kimi özlərini kainatın boşluğuna düşmüşkosmonavt kimi hiss edirlər. Və içəridən gələn səs dünyadan gələn səslə birə-bireyni idi, heç nə başa düşmək olmur.


Hamı əlinə bir kitab alıb qarışqa kimi ora-bura şütüyür.

- Ulucay, gör Ramiz Rövşən yerindədi? Harda oturacaq?

- Harda oturacaq? Başı kəsik gözəl kötükdə.

Ramiz Rövşən gəlmədikcə insanları təlaşı, həyəcanı bir az da artır. Hamıbir-birinə eyni sualı verir:

- Ramiz Rövşən hardadı?

Qəfil şair qapıdan içəri daxil olur. Adamlar bir-birinə onun gəlişindən xəbərverir, onların başları domino daşları kimi Ramiz Rövşən tərəfə dağılır. Ona ilkyaxınlaşan adam elə ilk fürsətdəcə şairi qucaqlayır.


Şair az qalsın insanların qucağında oturacağı "başı kəsik gözəl kötükə”çatır və əyləşir.

Ramiz Rövşənin əyləşdiyi yerin düz yanında əllərində şairin"Gizlənmişəm,tap məni” kitabı olan uşaqlar oturub.

Adamlar gecikdiyinə görə üzrxahlıqedən şairin cavabını alqışla verirlər. Çap olunan yeni kitabları haqqında danışan şairə hər tərəfdənfərqli mövzularda suallar yağmağa başlayır.

Bir qadın ayağa qalxır:

- Ramiz bəy, mənə çox maraqlıdır ki, bu yaşda belə yazdığınız sevgi şeirlərihansı bəxtəvərə ünvanlanır?


Sualı eşitməmiş kimi davranan şair özünə vaxt qazanır və bir qədərdüşündükdən sonra cavab verir:

- O qadın elə evimdədir.

Bütün xanımların ürəyincə olan bu cavab yenidən gur alqışla qarşılanır. Bu an şair əlavə edir:

- Amma mənim birilham pərim var ki, o ildə iki dəfə yanıma gəlir.

Bütün qadınlarınsimasında təlaş və məyusluq yanarır. Ramiz Rövşənin növbəti cümləsi isə onlarınürəyinə su səpir:

- Nəvəm ildəiki dəfə Türkiyədən yanıma gəlir.

Bu məqamda birqara paltarlı qadın əlində mikrofon şairə yaxınlaşır, onun şeirilə sözəbaşlayır. Qadın bir nəfəsə misraları ard-arda düzdükcə, şairin üzündə qəribəgülüş yaranır. Hətta arada qadın sözləri unudur, şair ona kömək eləyir.

Qıraqdan dayananEminquey Ulucaya pıçıldayır:

- Ulu, qorxuramki, bir az da davam eləsə, bu qadın bizim də şeirlərdən oxuyacaq.

Qadının sevincdəngözləri yaşarır. Şeirin sonunu şair özü gətirir:

- Yeri-yeri,qara paltarlı qadın,

Kiri-kiri,qarapaltarlı qadın.

Bu qəbir də minqəbirdən biridir.

Baş daşımı bəsdirbasdın bağrına,

Bütün mənəağlayanlar kiridi,

Sən də kiri, qəbrimdamır, ağlama...

Bu misralardansonra qadın vəziyyəti başa düşüb susur və izdihama qarışır.

Bir azdan birqız əlinə mikrofonu alıb sual verəcək:

- Mənəmaraqlıdır ki, sizin Sovet dövrü ədəbiyyatından sevdiyiniz şairlər kimlərdi?

- Mənim qəlbimdəiki şair taxt qurub. Biri Füzulidi, biri Mikayıl Müşfiq. Amma Hüseyn Cavidi, SəmədVurğunu, Xəlil Rzanı, Rəsul Rzanı da sevirəm.

- Bir arzum davar, Ramiz müəllim. Sizin məşhur "Ayrılıq” şeirini birlikdə duet şəklində səsləndirək.

Bu məqam UlucayAkifin ağlından ikinci Afət Fərmanqızı fəlakəti keçir. Şair vəziyyəti görübdeyir:

- İkimiz oxusaq,bu ayrılıq olmayacaq axı.

İzdihamdan gülüşsəsləri yarpaq xışıltısı kimi zala yayılır, dalınca da alqış səsləri yağış kimibu yarpaqları isladır.


Bu təbiət hadisəsinəbir adam əli daxil olur. Təşkilatçı Aysel xanım üzünü adamlara tutub deyir:

- Xahiş edirəm,artıq dərəcədə rica edirəm, kitabları imzalamağa sol tərəfdən gəlin, sağ tərəfdənçıxıb gedin ki, qarışıqlıq yaranmasın.

Buna baxmayaraqadamlar qənd görmüş qarışqa kimi şairin üstünə şığıyır. Hərə Ramiz Rövşəndənbir imza qədər şirinlik qoparıb xoşbəxtliyə qovuşur.


Hazırladı: Eminquey

               Ulucay Akif