Uyğun namizəd sistemdə necə seçilir? - Aqşin Səmədov
Namizədin meyarlar üzrə qiymətləndirildiyi ballar sistem üzərindən yoxlanıla bilirmi? Uyğun namizəd sistemdə necə seçilir?
“Tibb müəssisələri tərəfindən elan olunmuş vakant yerlərə müraciət edən namizədlərin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə şəffaflıq şəraitində müsahibə keçirilir. Müsahibə tibb müəssisəsində aparılır”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov açıqlayıb.
Onun sözlərinə görə, müsahibə zamanı Komissiya üzvü tərəfindən namizədə hər meyar üzrə suallar verilir:
“Eyni vakansiya üzrə müraciət edən namizədlərə eyni suallar təqdim edilməlidir. Namizədin cavabları Komissiya üzvləri tərəfindən hər bir meyar üzrə 2 (iki), 3 (üç), 4 (dörd) və 5 (beş) baldan biri ilə qiymətləndirilir. Hansı meyar üzrə 2 bal (qeyri-kafi) verilən namizəd müsahibədən keçməmiş kimi dəyərləndirilir. Hər bir meyara uyğun qiymətləndirmə vəzifəyə uyğunluğu müəyyən edən bal cədvəlinin müvafiq hissəsində yazılır, yekun olaraq namizədə verilən ballar toplanaraq ümumi bal müəyyən edilir və bu yekun nəticəni əks etdirən bal işə qəbul alt sisteminə daxil edilir”.
Mütəxəssis bildirib ki, müsahibə başa çatdıqdan sonra bütün namizədlərin yekun balları sistem üzərindən avtomatik müqayisə edilərək ən yüksək bal toplamış namizəd sistem tərəfindən seçilir:
“Bu nəticələr barədə hər bir namizədə fərdi qaydada sistem üzərindən avtomatik məlumat daxil olur”.
Digər Xəbərlər
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
03 Sentyabr 2026 11:35
Səhər yeməyi vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
03 Sentyabr 2026 10:10


Bakı -°C

