ÜST açıqladı: Dünya əhalisinin üçdə ikisinin həyatı təhlükədədir
Dünya əhalisinin üçdə ikisi "COVID-19” koronavirusuna yoluxa bilər.
"Bloomberg”in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müşaviri, biostatist və epidemioloqAyra Loncini bəyan edib.
Ekspert Çində infeksiyanın yayılma dinamikasını izləyib. O, belə qərara gəlib ki, Çin hökuməti karantin elan edənə qədər virus artıq ölkə sərhədindən kənara çıxmışdı.
Loncininin hesablamalarına görə, "COVID-19” bir xəstədən iki-üç sağlam insana keçə bilər.
Bundan başqa,ekspress-testlərin olmaması da yoluxmanın yayılmasına səbəb olur.
"Təcrid və karantin virusu dayandıra bilməyəcək”, - deyə ovurğulayıb.
Fevralın 13-nə olan məlumata görə, koronavirusa yoluxanların sayı 50 minə çatıb. Ölənlərin sayının isə 1310 nəfər olduğu bildirilir.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44