Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş fləşmob
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Dünya sənindir" adlı fləşmob təşkil olunub.
Fləşmobun təşkilində əsas məqsəd uşaqları təbrik etmək, ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimindən dolayı təhsildə yaranan fasilə dövründə uşaq və gənclərdə ruh yüksəkliyini artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Fləşmobda Mərkəzin pedaqoji heyəti və "Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri iştirak ediblər. Mövcud profilaktik vəziyyət nəzərə alınaraq sosial məsafə saxlanılmaqla hazırlanan fləşmob sosial şəbəkələrdə yayımlanmaqdadır.
Digər Xəbərlər
01 May 2024 09:22
İbtidai siniflərdə yaz tətili başlayır
30 Aprel 2024 15:35İmtahanda 4 nəfər maksimal bal topladı
30 Aprel 2024 15:18Buraxılış imtahanının nəticələri elan olundu
29 Aprel 2024 12:38Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00