adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Mart 2018 12:53
14124
GÜNDƏM

UŞAQLARA ANLAMADIQLARI ŞEİRLƏRİ ƏZBƏRLƏTMƏYİN

Baxıram, televiziyakanallarında körpə-körpə uşaqlara şeir oxutdururlar, eləcə də müəyyən anım günlərinəhəsr olunmuş tədbirlərdə. Hətta bəzən kövrələ-kövrələ,ağlaya-ağlaya oxuyurlar. Və görürsən ki,uşaq əzbər dediyi şeirin mənasını anlamır,bilmir. Yaxşı, bunu bir tərəfə qoyaq. O körpə uşaqları indidən niyə ağlaşmaya öyrədirsiniz? Guya bununla təzə-təzə çiçəkləyənbu fidanlara vətənpərvərlik aşılayırsız?

Hörmətli müəllimlər,bununla körpələrə vətənpərvərlik öyrədə bilməyəcəksiz.

O cocuqların vətənpərvərolmasını istəyirsizsə, onlara normal dərskeçin, elm öyrədin, təhsil verin, tərbiyəverin, elmli, savadlı gənclər yetişdirin. Tariximizi, ədəbiyyatımzı öyrədin,riyaziyyatı, fizikanı, kimyanı, astronomiyanıöyrədin. Elə dərs keçin ki, 8-ci sinifdən başlayaraq valideynləri həmin körpələrinboğazından kəsib övladlarını repetitor yanınagöndərməsinlər. Elmli, savadlı əsl vətəndaş yetişdirin, onda vətənpərvər olacaqlar.