adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Dekabr 2019 11:17
37703
ƏDƏBİYYAT

Uşağın uşağı olmaz - Nəhayət Şirinova yazır

(Quba)

Azərbaycan xalqının ailə modeli nəinkiQərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir və yaşadığımız cəmiyyətinəsasını təşkil edir. Azərbaycan ailəsinin mənəvi-mədəni ucalığı ilə yanaşı hərbir cəmiyyətdə olduğu kimi müəyyən problemləri də var. Bu problemlərdən biri vəmən deyərdim ki, birincisi, erkən nigah problemidir. Mən mütəmadi olaraq bu məsələlərləbağlı araşdırmalar aparıram və hiss edirəm ki, bu mövzu məni zaman keçdikcədaha çox narahat edir.

Gəlin açıq danışaq,-erkən nigah cəmiyyətinproblemidir, yoxsa bilərəkdən etdiyimiz günahlardan biridir? Erkən nigahın başverməsinin əsas səbəbi nədir və hansılardır? Bunların nə kimi fəsadları var?Bunun cəmiyyətimizə olan yan təsirləri hansılardır? İnanın ki, bu məsələləridiqqətlə araşdırsaq sonsuz sayda səbəblərin ortaya çıxacağının şahidi olacağıq.

Əslində səbəb kimi valideynin öz uşağına olan zorakılığı, valideynin qızövladlarını tez ərə vermək istəyi, maddi çətinliklər, sosial durumun zəifolması, gənc qızların dəbə aludə olmasıvə digər faktları qeyd edə bilərik.Mən isə öz subyektiv fikrimi əsasən cahillikdə, uşaqların təhsildən yayınmahallarında görürəm. Bir gənc təhsil alarkən, xüsusiylə də qızla, ilk öncə onun intellekt səviyyəsi, düşüncəsiinkişaf edir və bu yol onu daha gözəl arzulara aparır, gələcəyini uğurlaqurmağa istiqamətləndirir. Və beləliklə təhsil alan hər bir gənc öz növbəsindəbir arzuolunmaz erkən nigahı məhv etmiş olur.

Əyalətlərdən birində yaşlı bir kişininnarahatçılıq keçirmə səbəbini araşdırarkən esitdiyim fikirlər bunlar oldu. Aılədə altı qız övladı böyüyürdü. Baba isəonların təhsil almalarının tərəfdarı deyildi. Mən bunun səbəbini sorusanda dedi ki, qızım, oğlum təkdir və üstündə altıqız yükü var, mənə onların təhsili deyil,tez ərə getmələri lazımdır. Allah eləməmiş, qalarlar usağımın üstündə...Baxbudur reallıq. İnanın ki, bir balaca bu isin izinə düşsək, yüzlərlə belə faktüzə çıxacaq.

Erkən nigah problemini aradan qaldırmaqyollarını bəs nədə görürük? Qeyd olunan bu problemin aradan qaldirılmasindailkin addım yaradılan müəyyən icmalarda,təlim-tədris ocaqlarında, insanların sıx olduğu məkanlarda atılmalııdıır və buproses sistemli şəkildə maarifləndirmədən keçməliir. Təbii ki, bu maarifləndirməsiyasətinə həm də bölgənin nüfuz sahibi olan şəxsləri, din xadimlərini,valideynləri, yerli özünü idarəetmə organlarının əməkdaşlarını cəlb etməliyik. Əslindəerkən nigahın qanuni cəhətdən yolverilməzliyi haqqında bir cox fikirlər söylənməkdədir.Gəlin baxaqgörək psixoloji nöqteyi- nəzərdən nələri aşılaya bilmişik. Axı bir erkənnigahın qurbanı olan bir gəncin yasadığı travma onun həyata baxışını dəyişir,depressiv bir vəziyyət yaşayır, düzgün qərar verməkdə çətinlik yaradır vəpsixoloji rahatsızlıq yaşaması səbəbindən insanın həyatı demək olar ki,deformasiyaya uğrayır. Və bu tip situasiyalarda təhsilsizliyin ən böyük maneə olduğu çox gec başa düşülür. Ona görə də təhsilin cox vacib bir amil olduğunu uşaqlara çox erkənyaşlarında aşılamaq gərəkdir. Ən azından ibtidai təhsilli bir xanım ilə orta məktəbisonadək bitirmiş xanım arasında cox fərqayrıntıları vardır. Övlad yetişdirmə prosesində bütün bunlar özünü biruzəverir. Təhsil cox önəmli və qlobal bir dəyərdir və bu dəyərə yiyələnmə səviyyəsihələ də bizi qane etmir. Bununla beləgünümüzdə bu məsələlərin üzərində çalışan insanlar yetərincə var,onların əməyi sayəsində layihələr icra

2015-ci ildə "Erkən nigahların qarşısınınalınmasının gücləndirilməsi” ilə bağlı beynəlxalq konfrans keçirildi. Amma butip konfrans-seminar simpoziumların mütəmadi keçirilməsini məqsədə uyğun hesabedirəm. Bu yaxınlarda keçirilən diğərbir aksiya isə "Azərbaycan Fashion Week” də oldu və model səhnəyə erkənnigahlara etiraz əlaməti olaraq 40 kiloqramlıq geyimdə və geyimin üzəri bütünlükdə çılpaq gəlinciklərləbəzədilmiş bir formada çıxdı...Biz buisi aparan hər kəsi dəstəkləyir və uğurlar arzu edirik. Çünki, statistikgöstəricilərə nəzər salarkən məlum olur ki, il boyu ölkəmizdə beş minə qədər gəncqız ailə qurur və bunların da cox hissəsi arzuolunmaz sonluqla nəticələnir. Baş alıb gedən bosanmalar, boşanmadan sonrakıfəsadlar, ortada qalan günahsız uşaqlar...

Bu yaxında parlaq gələcəyinə inandığımbir gəncimizin sözü mənı özünə çəkdi.Gəng dostumuz dedi ki, uşağın uşagı olmaz...İnanın ki, insanın vicdanı sizlayır.