adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Yanvar 2020 17:19
28015
MƏMLƏKƏT

“USE” MMC və AİR Aarasında əməkdaşlıq memorandumu imzalanıb

"USE” MMCvə "Azərbaycan İnsan Resursları Asosiasiyası” İctimai Birliyi (AİRA) arasında28 Yanvar 2020-ci il tarixində Bakı Bulvar Oteldə əməkdaşlıq haqqındamemorandum imzalanıb.

Memorandumunməqsədi insan resurslarının davamlı peşəkarinkişafına yönəldilmiş sahələrdə fəal əlaqələr yaratmaq, tərəflərin ən qabaqcıltəcrübəsini paylaşmaqla, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsiistiqamətində öz səylərini birləşdirməkdir.

Əməkdaşlıq memorandumuna əsasən AİRA bundan sonra "CharteredInstitute of Personnel and Development”(CIPD) sertifikasiya proqramı üzrəAzərbaycanda və digər ölkələrdə hazırlıq kursları, sınaq imtahanları təşkil edəcək,"CIPD”ni digər icazə verilmiş sahələr və əməliyyatlar üzrə "USE” MMC ilə birlikdə təmsil edəcək.

Həmçinin iş həyatının daha da yaxşılaşdırılması,əmək münasibətlərinin və əmək qanunverciliyinin müasir biznesin çağrışlarınacavab verilməsi istiqamətində tədbirlərin görülməsi, inovativ iqtisadiyyatın tələblərinəcavab verən kadr hazırlığı prosesinə istiqamət və dəstəyin verilməsi, korporativsosial məsuliyyət üzrə çoxistiqamətli fəaliyyətlərin dəstəklənməsi üzrə tərəflərbirlikdə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan İnsan ResurslarıAssosiasiyası İctimai Birliyi (AİRA) iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətvericiqüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi məqsədi ilə İnsan resurslarısahəsində fəaliyyət göstərən mütəxəssislərin təşəbbüsü və AzərbaycanRespublikasının Ədliyyə Nazirliyinin 1118-Q64-3669 nömrəli 28.09.2018-ci iltarixli qərarı ilə yaradılmışdır. "Mercer Türkiyə” ilə birlikdə "İstedadlarınvə Mükafatlandırma Sisteminin İdarə Edilməsi" konfransı, MERCER-in birgə təşkilatçılığıilə "Vəzifə və peşə qiymətləndirilməsinin beynəlxalq metodologiyası”("İnternational Position Evaluation (IPE) Methodology") mövzusundamasterklassı kimi böyük tədbirləri təşkil etmiş, ölkə səviyyəsində insanresurları idarəetməsinin keyfiyyətinin yüksəldilməsi üçün "Mercer”, "Peryön” və"Mental” kimi beynəlxaq şirkətlərlə tərəfdaşlıq edir.

USE MMCartıq 11 ildən çoxdur ki, "Work and Travel”, Camp Counselor, HighSchool, xaricdə təhsil, müxtəlif şirkətlərə korporativ təlim proqramlarını həyatakeçirir və bu təmlər çərçivəsində bir çox böyük şirkətlərləəməkdaşlıq etmişdir.