Uşaqları bu qidalardan uzaq tutun - Pediatr MƏSLƏHƏTİ
“Şagirdlər arasında qidalanma ilə bağlı ən çox yayılan səhvlər səhər növbəsində oxuyanların çox vaxt məktəbə ac və ya yüngül, “ayaqüstü” atışdırmalıqlar yeyərək gəlməlidir. Günə və dərsə gümrah, sağlam başlamaq üçün faydalı səhər yeməyi çox vacibdir”.
Adalet.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində qonaq olan pediatr Günay Rəsulova açıqlayıb.
Onun sözlərinə görə, hazır paketli qidalar, fastfud, tez hazırlanan sendviçlər, yüksək şəkər tərkibli hazır bişmələr boş və yüksək kalorili, qida dəyəri isə çox az olduğu üçün uşaqlar bu qidalardan uzaq olmalıdırlar.
Pediatr deyib ki, valideynlər uşaqların məktəbə yaxın ərazilərdən “ayaqüstü” qidalar almalarına nəzarət etməlidirlər:
“Səhər uşağı məktəbə şirin çay içərək göndərmək kimi bir vərdişimiz var. Səhər saatlarında yüksək şəkərli yeyəcək və içəcəklərin qəbul edilməsi, dərs saatlarında qanda şəkərin miqdarının artması nəticəsində uşağın halsız, yorğun, əzgin hiss etməsinə və baş ağrısına səbəb ola bilər. Məktəbə gedən uşağın qidasının boş kalori yükündən deyil, sağlam, proteinlə zəngin, vitaminli, rahat həzm edilə bilən qidalardan ibarət olmasına diqqət etməliyik”.
G.Rəsulova bildirib ki, məktəblilərin plastik şüşədə su qablarında olan suları içməsi də tövsiyə edilən deyil:
“Həmçinin, uşaqların məktəbə, kəskin qoxu verən, narahatedici qidalar gətirməsi və yeməsi uyğun görülmür. Bu həm uşağın özü, həm də ətrafdakılar üçün narahatedici, dərsə fikirlərin yayınmasına səbəb ola bilər”.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15


Bakı -°C

