Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
Uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edirlər.
Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək göstərirlər.
Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərə əsaslanmalıdır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
10 Fevral 2026 15:03
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
10 Fevral 2026 14:14
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
10 Fevral 2026 13:57
Spiker Fəzail Ağamalının ailəsinə başsağlığı verdi
10 Fevral 2026 13:44
Fəzail Ağamalı dəfn edildi - YENİLƏNİB
10 Fevral 2026 13:40
"Uşaq çiynində silahla liseyə daxil olanda..." - Deputat "İdrak"dakı cinayətdən danışdı
10 Fevral 2026 13:34
"Uşaq bağçaya getməlidir, bağçada yer yoxdur" - Deputat
10 Fevral 2026 13:11
Yeni artımla yaşa görə orta aylıq pensiya 632 manata çatıb
10 Fevral 2026 12:33


Bakı -°C

