Uşağınızın qorxusu mənasız olsa da...
“Bir çox valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyaların olduğunu qeyd edirlər”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası Baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, uşaq qaranlıqdan, heyvanlardan və yad insanlardan qorxa bilər:
“Valideynlər uşağa kömək etmək üçün həm anlayışlı, həm də mərhələli bir yanaşma tətbiq etməlidilər. Bu tip qorxu uşaq yaşlarında, xüsusilə 3-8 yaş aralığında normal inkişaf mərhələsi kimi görülə bilər. Lakin çox intensiv və uzunmüddətli olduqda, müdaxilə tələb olunur. Valideyn ilk növbədə övladının qorxusunu anlayıb, ona etibarlı davranmalıdır, onu qorxusu ilə tək buraxmamalıdır, mühakimə etməməlidir, uşağın qorxularını kiçiltməməlidir. “Nədən qorxursan?”, “Bundan da qorxarlar?”, “Artıq böyük uşaq oldun”, “Bundan qorxmağa dəyməz” kimi ifadələr əvəzinə “Mən sənin narahatçılığını anlayıram”, “Mən səninləyəm, yanındayam”, “Mən də sən yaşda olanda qorxurdum” kimi ifadələr demək lazımdır və uşaqların hisslərini dinləyib, qorxularına hörmətlə yanaşmaq lazımdır”.
L.Bəşirova qeyd edib ki, qorxunu aradan qaldırmaq üçün uşağınızı dinləyin, onunla vaxt keçirin, ona daha çox diqqət yetirin, birlikdə oyunlar oynayın, özünə inamın inkişafına kömək edin:
“Uşağa qarşı sərt davranmayın, ona qışqırmayın, mümkün qədər sakit olmalısınız. Uşağınızın qorxusu mənasız olsa da, onun yanında olduğunuzu hiss etdirməlisiniz. Qorxu anlarında onları qucaqlayın, əzizləyin, sərt davranaraq, onlarda başqa qorxuların yaranmasına səbəb olmayın. Əgər qorxular uşağınızın həyatına mane olursa və uzun müddət davam edirsə, mütləq mütəxəssislərə müraciət edin. Əks halda daha ciddi fəsadlar, uzun sürən fobiyalar yarana bilər”.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

