adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 May 2020 17:33
76360
MƏDƏNİYYƏT

Urmiyadan Azərbaycana uzanan yollar

Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı vəADPU-nin mətbəəsində nəşr olunan "Fatma Muxtarova” adlı elmi monoqrafiyası ilətanış oldum. Altı fəsildən ibarət olan monoqrafiyada Azərbaycanın xalq artisti,ilk peşəkar opera müğənnisi olaraq metso-soprano kimi tanınan FatmaMuxtarovanın həyatı, yaradıcılığı həmçinin müxtəlif şəhərlərin opera səhnələrindəifa etdiyi mürəkkəb partiyalar geniş şəkildə tədqiq və təhlil olunur.

Görkəmliopera müğənnisi olan Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi AzərbaycanınUrmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdəRostova, sonradan isə Peterburqaköçüb. Atası Abbas Rzayev onun üç yaşında olarkən vəfat etdiyindən anasıSara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurub.1910-cu ildə isə yeni ailə Saratovda məskunlaşmaq qərarına gəlib. Artıq on ikiyaşında olan Fatma Muxtarova şarmanka(XVIIIəsrin əvvəlində icad olunan musiqi aləti; kiçik ölçülü qutuya bənzər, orqantipli, mexaniki çalğı üsulu ilə - dəstəyin hərəkəti ilə səsləndirilən alət)ilə küçələrdə mahnılar oxumaqla ailəsinin maddi problemlərini qarşılamaqməqsədilə çıxışlar edərək pul qazanıb. Bu zaman onu daha çox Saratovda "KatyaMuxtarova” və ya "Şarmankaçı Katya” olaraq tanıyıblar.

Müəllifİmran Axundov monoqrafiyanın birinci fəslini "Küçə müğənnisinin həyatı və ilk təhsililləri” adlandırır. Məhz bu fəsildə bir daha Fatma Muxtarovanın çətin, keşməkeşli,əzablı həyat yoluna geniş nəzər salınır və təhlil edilir.

Tariximəmbələrə isinad edərkən görürük ki, Saratovun "Spravoçnı listok” qəzeti yazırki, Fatma qazandığı pulların bir qismini toplamaqla həyat yoldaşı opera ifaçısıolan vədəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. BuradaFatmaya musiqi öyrədiləcəyi deyilsə də, hər şey tamamilə fərqli olur. Belə ki,o, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdəyeyir, "ictimaiyyətdən” olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlərgeyindirilir, "cənablar” və "xanımlar”la bir masaya əyləşdirilir. Bu durumundanməyus olan Fatma yaşananları onun taleyilə daha çox maraqlanan jurnalistə,"Saratovski listok”un baş redaktoru olan Nikolay Arxangelskiyə danışır. Ziyalı,teatr və opera həvəskarı olanNikolayArxangelski ona daha heç bir "təlim”in olmayacağına söz verir. Beləliklə,baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Buxeyriyyə konsertində toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsilalmasına kifayət edir.

Müəllifİmran Axundov monoqrafiyanın ikinci fəslini "Yaradıcılığının başlanğıc dövrü”adlandıraraq bu illəri hər tərəfli öyrənməklə yanaşı həmçinin geniş bir formadatəhlil edərək oxucu ilə monoqrafiya arasında sanki qarşılıqlı bir görüşü yaradabilir.

1913-cüildə Fatma Muxtarova ilk dəfə Bakıya gəlir. Bakı ona müstəsna müvəffəqiyyət gətirirvə burada ona xüsusi diqqət göstərilir. Belə gəlişlərdən biri haqqında21 iyun 1913-cü il tarixli "Kaspi” qəzeti xəbər verir:"Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında,Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalqmüğənnisi Kamil Mutiqi Tuxvatullin gəliblər. Müğənnilər yalnız cəmi bir konsertverməyi təxmin edirlər. Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər yerdəçox böyük müvəffəqiyyətə nail olublar. Konsert rus və tatar dillərində veriləcək”.

İkiil Konservatoriya təhsili alan Fatma Muxtarova Saratovdan, Moskvaya yola düşübvə burada məşhur musiqiçi Fyodr Şalyapinlə tanış olub.Saratov Konservatoriyasını bitirdikdən sonra o, Moskva, Saratov,Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarındaoxuyub, 1938-1853-cü illərdə AOBT-nın solisti olub.Daha sonra Şalyapinin vasitəsiləZiminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada fəaliyyətgöstərib. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s.şəhərlərin opera teatrlarında da çıxışlar edib. Fatma Muxtarovanınyaradıcılığından söhbət düşərkən xalq artisti, bəstəkar Əfrasiyab Bədəlbəyli yazır:"Yaxın və Orta Şərq xalqları içərisində ümumbəşər vokal sənəti üslubuna ilk dəfəyiyələnən bizim Azərbaycan xalqımız olub və buyolda Fatma Muxtarovanın göstərdiyi hünər misilsizdir”.

Fatma Muxtarova 1938-1953-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrınınsolisti olub və konsert proqramları ilə də çıxışlar edib.Müəllif İmran Axundov öz mülahizələrindəFatma Muxtarovanın tembrinə görə qüvvətli metso-soprano səsin sahibi olaraq bucür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl və məharətlə gəldiyiniqeyd edir. Belə ki, "Qaratoxmaq qadın” operasından Polinanın, "Mazepa” operasındanLyubovun, "Çereviçki” operasından Saloxanın, "Qar qızı”operasından Baharın, "Çar gəlini” operasından Lyubaşanın, "Xovanşina”operasından Marfanın və "Faust” operasından Zibelin partiyaları və bir çoxlarıhaqqında müfəssəl məlumat verməklə təhlil obyektinə çevirir və bu obrazlarınmahir yaradıcısı olaraq göstərir. Müəllif həmçinin aktrisanın yaradıcılığınınzirvəsi sayılan Karmen ("Karmen”, J. Bize) partiyasınınolduğunu xüsusi olaraq qeyd edir və yazır: "Opera sənətinə dərindən bələd olanvə Karmen rolunda həm Mariya Qayı, həm də Blokun vəsf etdiyi Andreyev-Delmasıgörən peterburqlular Fatma Muxtarovanı da bu rolda qəbul etdilər və onunyaradıcılığını sevdilər... Sapsarı saralmış bir vərəqdə, ressenziyaya rast gəlmişəm.Həmin ressenziyada "Karmen” tamaşasından danışılır. Fikrimcə, ressenziya müəlifiKarmen-Muxtarovanın şəxsi cizgilərini çox dəqiq qeyd edib”.

MüəllifİmranAxundov monoqrafiyada həmçinin Fatma Muxtarovanınopera səhnəsində ilk çıxışı olan V. Serovun "Yudif” operasında Olofernipartiyasını böyük ustalıqla ifa etdiyindən söhbət açır. Aktrisanın obraz üzərindəyaradıcılıq məziyyətlərini geniş bir formada təhlil etməklə səhnədə obraz üzərindənecə işləməsi haqqında geniş təsəvvür yarada bilir. Monoqrafiyanın üçüncü fəslini"Müxtəlif səhnələri fəth edən sənət” adlandıran İmran Axundov çətin, lakin şərəfliyaradıcılıq yolu keçən Fatma Muxtarovanın Şərqdə vokal sənətinin inkişafında böyük xidmətləri olduğunu xüsusiolaraq qeyd edir. Müəllifhəmçinin qeyd edir ki, 1949-cuildə Fatma Muxtarova iki operada iki böyük partiya ilə çıxış edib. Bunlardanbirincisi Jorj Bizenin "Karmen” operasında (rej. İ. Hidayətzadə, dirijor Ə. Həsənov)Karmen və ikincisi isə martın 22-də göstərilən Cüzeppe Verdinin "Trubadur”operasında (rej. P. Tveretski, drijor V. Traximoviç) Azuçenapartiyalarıdır.

İmranAxundov həmçinin qeyd edir ki, "Köhnə ibarəylə desək, Muxtarovanı "külçəqızıl”, "təbiət övladı” adlandırmaq olar. Təbii xüsusiyyətlərdən ondaetibarlılıq, sadəlövhlük, uşaqəminliyi və qeyri-adi yumşaqqəlblilik vənikbinlik daha çox üstünlük təşkil edirdi. Bununla yanaşı müəllif İmran Axundovaktrisanın həyatında baş verən bir çox maraq doğuracaq məqamlara da xüsusi diqqətyetirməklə yazır: "Bir dəfə Latfiyanın səfiri Fatma xanımın iştirakı ilə"Karmen” operasına tamaşa edir. Tamaşa və xüsusən F. Muxtarovanın Karmeni onaçox xoş təsir bağışlayır. Belə qərara gəlir ki, bu tamaşanı Riqa şəhərinəqastrola dəvət etsin. Fatma Muxtarovaya dəvətnamə göndərilir. Orada qeyd edilirki, xanım Muxtarova Latviya Respublikasına qastrola dəvət olunur, maliyyə işiniisə dəvət edən tərəf öz üzərinə götürür. Bu dəvətnamədən xəbər tutan müvafiqqurumlar Fatma xanımı təcili xüsusi şöbəyə çağırırlar və ona deyirlər ki, nəzakətləbu qastroldan imtina etsin. Qastrolda iştirak etmək istəyinə baxmayaraq F.Muxtarova imtina etməyə məcbur olur”.

Mürəkkəb,çevik və ehtirasla alışıb yanan qadın qəlbinin təsvir etdiyi Karmen, Lyubaşa,Amneris kimi rollarda Fatma Muxtarova xüsusilə də zəngin, canlı mimika ilədetallaşdırılan və böyük, təlatümlü səhnə sinirinin oduyla alovlandırılanparlaq obrazlar yaratmağa müvəffəq olan bir sənətkardır. Fatma Muxtarovaistedadının bütün keyfiyyətləri məhz bu səhnə sinirindən baş qaldırır. Bu onun"içi, mayasıdır”, bu həmin canlı, anadangəlmə, saxta olmayan güc onun səhnədəyaratdığı hər bir obrazın ştrixinə, oxumasının hər bir hissəsinə öz titrəkşüasını sala bilib.Bütün bu sadalananlar müəllif İmranAxundovun monoqrafiyasında geniş təhlil olunmaqla yanaşı həm də aktrisanınmaraq doğuracaq səhnə xüsusiyyətlərindən söhbət açır.

1928-29-cuillərdə Fatma Muxtarova Bakıda indiki Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrında fəaliyyət göstərib. Fatma Muxtarovanın yaradıcılıq fəaliyyətinin 15illiyi 1929-cu il mart ayının 15-də Bakıda Opera və Balet Teatrında geniş şəkildəqeyd edilib. Bu haqda müəllif İmran Axundov yazır: "Tamaşa salonu ağzına qədər dolu idi. Bu yubileyyalnız Azərbaycan operasının deyil, ümumiyyətlə Sovet opera sənətinin təntənəsiidi”.

İmranAxundov monoqrafiyanın dördüncüfəslini "Böyük sənətin təntənəsi”adlandıraraq 1928-29-cu il teatr mövsümünün sonlarında Fatma Muxtarovanın BöyükTeatrda üç məşhur opera oxuduğunu qeyd edərək yazır: "Bunlar Cüzeppe Verdinin"Aida”, Corc Bizenin "Karmen” və Rimski-Korsakovun "Çar gəlini” operaları idi.O dövrün qaydalarına görə dirijor V. İ. Suk ilk tamaşaya bir neçə gün qalarkənF. Muxtarovanı dinləməli idi ki, görsün bu aktrisa-vokalist onun tələblərinəcavab verir, ya yox. Fatma xanım bu yoxlanışa əvvəlcədən hazır idi. O, başrejissorla şəxsən işləyən konsertmeyster ilətanış olaraq onunla məşq etmək üçün razılıq almışdı. O, Böyük Teatrdaifa edəcək bütün partiyaları konsetmeyster ilə işləmişdi. Fatma xanımı dinləməzamanı bəstəboy, arıq, əlində əsa tutan baş dirijor Vyaçeslav Suk ona qulaqasmağa gəlir. Baş dirijor onu dinlədikdən sonra başa düşür ki, konsertmeysterilə məşğul olub. Vyaçeslav İvanoviç Fatma xanımdan heç bir irad tuta bilməyib,ona təşəkkür edir. F. MuxtarovaBöyük Teatrda "Aida” operasında Amneris partiyasını da müvəffəqiyyətlə ifaedib”.

Tarixifaktlara nəzər salarkən görürük ki, Böyük Teatrın rəhbərliyi F. Muxtarova ilədanışıqlar aparıb, onun orada qalıb fəaliyyət göstərməsini istəyib. Bu haqda müəllifİmran Axundov araşdırmalarının nəticəsi olaraq yazır: "Təklif olunan bəzi şətrlərFatma xanımın ürəyincə deyildi. O, odla-su arasında qalmışdı. F. MuxtarovanınBöyük Teatrda hörməti az deyildi. Orada çalışan məşhur aktrisalar da Fatma xanımınburada həmişəlik işləməsindən bərk narahat idilər”.

İmranAxundov bu monoqrafiyasının beşinci fəslini "Səhnə fəaliyyətinin orta və sondövrü”, altıncı fəslini isə "Məktub və Teleqramlarda yaşanan ömür”adlandırmaqla aktrisanın həyat və fəaliyyətinə geniş bir formada nəzər salmaqlaonun yaradıcılığını, insani keyfiyyətlərini oxucuya daha yaxından tanıdabilir.

Ömrünün böyük bir hissəsini Azərbaycan opera sənətinəhəsr edən istedadlı bir aktrisa, xalq artisti Fatma Muxtarova haqqında fəlsəfədoktoru İmran Axundovun qələmə aldığı "Fatma Muxtarova”monoqrafiyası sənətkarın səhnə fəaliyyətinin dərindən öyrənilməsi vənövbəti tədqiqat işlərinin aparılması baxımından daha təqdirə layiqdir.Ümumiyyətlə, xalqımızın Fatma Muxtarova kimi səhnə xadimlərimizə həsrolunan elmi monoqrafiyalarının yazılması teatrşünasların eləcə də sənətşünaslarınilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdənümumazərbaycan teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdəndə aktyor, rejissor və eləcə də teatrlarımızın sənət yollarının öyrənilməsibaxımından əhəmiyyətlidir.

AnarBurcəliyev

Teatrşünas