adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Iyul 2019 12:54
42899
ƏDƏBİYYAT

“Ürəyində arzu tut” – Gəncədə

Hər bir teatrın tarixi onun yaradıcıkollektivinin uğurları ilə üzvü şəkildə bağlıdır. Bir teatrın tarixini məhzonun repertuar siyasəti və eləcə də uğurlu səhnə traktofkası müəyyən edir. Beləolmasaydı yəqin ki, 145 illik Azərbaycan teatrı da keşməkeşli bir yolu qət edəbilməzdi.

Bu günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcıkollektivi Sevinc Elsevərin "Ürəyində arzu tut” bir pərdəli faciəsi ilə Gəncədəteatrsevərlərin qarşısında qastrol səfərində oldu. İlk öncə deyim ki, tamaşayamaraqla baxmağa getdim. Pyes Azərbaycan xalqının tarixi qan yaddaşı olan1992-ci ilin fevral ayının 26-da baş verən Xocalı faciəsinin xronoloji təqdimatındanibarətdir.Qeyd etməliyəm ki, bu kimi pyeslərin səhnə təqdimatı günün aktualmövzularından biri hesab edilməlidir. 1988-ci ildən üzübəri bədnam ermənişovinistlərinin qanlı-qadalı başımıza gətirdikləri müsibətlərin unudulmaması vəgənc nəsillərə çatdırılması, təbliği eləcə də yaddaşlara əbədi olaraq köçürülməsibaxımından təqdirəlayiqdir.

Tamaşa haqqında danışmazdan əvvəl İrəvan Dövlət Azərbaycan DramTeatrının tarixinə qısa da olsa nəzər salarkən məlum olur ki,bu sənət ocağı 1882-ciildə fəaliyyətə başlayıb. Belə ki, 1881-ci ilin ikinci yarısında ilk dəfəolaraq İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıqdüşmən qazanır” pyesinə müraciət edilib. Yenidən ikinci dəfə 1882-ci il aprelayının 2-də bir daha bu pyesə müraciət olunması barədə tarixi faktlarda rast gəlirik.Daha sonra 1885-ci ildə İrəvana gələn Qori seminariyasının məzunu olan Firudinbəy Köçərli1886-cı ildəMirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş MəstəliŞah” komediyasının tamaşasını təşkil etməklə İrəvan əhalisinin həyatında böyük birmədəni hadisənin canlanmasını təmin edib. Qeyd etmək lazımdır ki, 1895-ci ildə Firudinbəy Köçərli İrəvanı tərk etdiyindən teatra 18 yaşlı Yunis Nuri rəhbərlik edib vəo, 1945-ci ilə kimiİrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixində unudulmazizlər qoyub.

1909-1916-ci illər ərzində teatrın repertuarında bir-birindən maraqlıpyeslər təqdim olunmaqla "Bəxtsiz cavan”, "Nadir şah” daha sonra "Evli ikənsubay”, "Xor-xor”, "O olmasın, bu olsun”, "Əlli yaşında cavan”, "KərbəlayiŞükür xalça satan” eləcə də "Hacı Qara”, "Arşın mal alan”, "Məşədi İbad” kimi məşhurpyeslərin tamaşaları teatrın repertuarında maraqla baxılan səhnə əsərlərindənhesab edilib.

Hər zaman olduğu kimi erməni şovinizminin törətdiyi qanlı-qadalıhadisələr bu teatrın da taleyindən yan keçməyib. Belə ki, 1918-ci ildədaşnakların növbəti qətliamları, hücumları nəticəsində teatrın yaradıcıkollektivi yerindən-yurdundan didərgin düşərək İranın Xoy şəhərində məskunlaşıblar.1922-ci ildə isə didərgin düşən teatr kollektivi geriyə dönüb. Bu illər ərzindəBala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf Yusifzadə,Yusif Ziya, Nəsib Əfəndiyev kimi milli mədəniyyət təəssübkeşləri İrəvan DövlətAzərbaycan Dram Teatrının inkişafı naminə əvəzsiz xidmətlər göstəriblər.

1928-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına dövlət statusuverilib və 1935-ci ildən isə bu sənət məbədi görkəmli dramaturq CəfərCabbarlının adını daşıyıb. 1948-ci ildə İrəvan və onun ətraf rayonlarındayaşayan türk əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi nəticəsində1949-cuildə yaradıcı kollektiv Göyçə mahalının Basarkeçər rayonuna köçürülüb. Bir ildənsonra isə teatrın fəaliyyəti tamamilə dayandırılaraq əvəzində həmin bazanın əsasındaxalq teatrı təşkil olunub.Nəhayət, 1967-ci ildə Yunis Rzayev və ŞıxəliQurbanovun ciddi səyləri nəticəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət AzərbaycanDram Teatrı yenidən yaradılaraqpaytaxt İrəvan şəhərinə köçürülüb. Bundan sonra 1978-ciildə teatr 50 illik yubileyi ərəfəsindəBakıyaqastrol səfərinə gəlib.Səfərzamanı yaradıcı kollektiv "Sən nə üçün yaşayırsan”, "Qızıl zəncir”, "Hər evdəsevinc olsun”, "Əkizlər”, "Daha bir qurban”, "Nəsrəddin”, "Məhəbbət yaşayır hələ”pyeslərinin tamaşaları ilə çıxışlar ediblər.

1988-ci ilin payızında isə növbəti dəfə İrəvan ərazisindəki bütün azərbaycanlılaröz yurd-yuvalarından qovulduqları üçün deportasiya olunan yaradıcı kollektivAkademikMilli Dram Teatrının nəzdində teatr–studiyası kimi fəaliyyətini davam etdirməkləAbşeron mədəniyyət sarayında yerləşdiriliblər.

İrəvan Dövlət Azərbaycan Dram Teatrıbu illər ərzində hər zamandramatik, musiqili komediya və komik janrlı əsərlərə həmçinin millidramaturgiyamıza, Qərb ədəbiyyatı klassiklərinəmüraciət etməklə repertuar zənginliyiniqoruyub saxlayır və tamaşaçı duyumunu əsas şərt olaraq səciyyəvi xüsusiyyətləriilə cilalamağa müvəffəq olurlar. Məhz Gəncə teatrsevərləri qarşısında teatrınbaş rejissoru, respublikanın əməkdar artisti Sərvər Əliyevin quruluşunda SevincElsevərin "Ürəyində arzu tut” bir pərdəli faciəsi də bu zənginliyin əyani təzahürüdür.

Pərdə acılarkən sadə görünüşlü, yataxana təsüratı yaradan bir otaqdaiki qadın baş verənləri danışmaqla hadisələrin necə cəryan etməsindən söhbət açır.Xocalıda baş verənlər, insan təlafatı və erməni daşnaqlarının etdikləri olmazınzülmü dilə gətirilir. Xatirə obrazında respublikanın əməkdar artisti Xatirə Süleymanova və Şirin obrazında aktrisaRuhiyyə Eyvazovanın yaratdıqları surətlər bir-birindən fərqli, ancaq baş verənhadisələrə biganə qalmayan azərbaycanlı qadını kimi vəziyyətlər halına uyğunolaraq təqdim olunur. Xatirə aktrisa Xatirə Süleymanova Arzunun Xocalıda itgindüşməsindən bununla da əsirlikdə olma xəbərindən sarsılsa da onu daha bu evin gəlinikimi görmür. Erməni vəhşiləri tərəfindən əsirlik vaxtı çox işgəncələr görməsiniəsas götürərək oğlu Murada da onu unutmağı aşılayır. Aktrisa obrazın mahiyyətetibarı ilə tamaşaçıya çatdırılması üçün səhnədə var qüvvəsindən istifadə edir.Onun səhnədə olan mimika və jestləri dolğun, vəziyyətlər halına uyğun və dəqiqştrixlərlə göstərilir.Qırmızı Xac Cəmiyyəti vasitəsilə Arzu tərəfindən yazılanməktubun oxunuşu ilə başlanan hadisələr sonradan rejissor traktofkasında dahadolğun bir formada aktyor ifasında tamaşa boyu təqdim olunur.

Şirin obrazında aktrisa Ruhiyyə Eyvazovanın ifası isə bu hadisələri kənardanseyr edən hətta ara-sıra dili dinc dayanmayan atmacalı sözləri ilə aranı sakitləşdirməkəvəzinə daha da yanan odun üstünü alışdırmaq bacarığının nümayiş olunması beləmaraqla izlənilir. Aktrisa Ruhiyyə Eyvazova təqdim olunan rejissortraktofkasına uyğun olaraq vəziyyətlər halından çıxış etməklə dolğun və maraqlıobrazın təqdim olunmasına çalışır.

Murad, gənc aktyor Bəhruz Hikmətoğlunun təqdim etdiyi bu obraz bir qədərsakit təbiyyətli, baş verən hadisələri soyuqqanlılıqla qarşılamaqla ailə üzvlərinidə vəziyyətdən çıxış yolunun heç də qınaq obyekti olmadığını bildirməsi ilədiqqəti cəlb edir. O, Xocalıda baş verənlərə görə heç də Arzunun günahkarolmadığını anlatmağa çalışsa da anası Xatirənin fikirlərindən daşınmaması isə vəziyyətlərhalına görə tərs mütənasib olması ilə nəticələnir.O, məcburən öz sevgisindən əlçəkməklə yeni bir ailə həyatı qurmaq məcburiyyətində qalır. Hadisələrin müəllifideyasına uyğun olaraq təqdim olunması aktyor Bəhruz Hikmətoğlunun ifasındadaha dolğun bir formada təqdim olunur.

Arzu. Xocalı faciəsinin və dəhşətlərinin canlı şahidi. O, əsirlikdəngəlib. Erməni şovinizmi onun gəncliyini məhv edib. Hətta bakirəliyi belə əlindənalınıb. Aktrisa Şəbnəm Cəbrayılovanın ifasında olan bu obraz ilk gəlişindən dəhşətsaçan Xocalı harayını özüylə səhnəyəgətirmiş olur. Onun görünüşü və hərəkətləriməhz hadisələrin burulğanında məhv olan bir azərbaycanlı qızının və azərbaycanlıailəsinin harayı, haykırtısı kimi təqdim olunur. Başına gətirilən olmazın müsibətlərinisöylədikcə aktrisa vəziyyətləri düzgün ifadə etməklə tamaşaçını inandıra bilir.Onun səhnədə halsız və əzablı günlərinin şahidi olur və bir an belə halınaacımamaq mümkünsüzdür. Gənc aktrisanın ifası maraqla qarşılanır.

Pyes boyu Xocalı boyda bir ağrını daxilində yaşayan Həsrət kişiobrazını aktyor Məhərrəm Musayev ifa edir. O, hadisələri ağsaqqal müdrikliyi vədözümü ilə qarşılasa da sonda Arzunun əsirlikdən azad edilərək gətirilməsinə vəonun halına biganə qala bilmir. Həsrət kişi – aktyor Məhərrəm Musayev səhnədədiz çökməklə sanki zamanın gərdişinin qarşısında insan zülmünün, əzablarının məhvinəhayqırır. Bacısı qızı Arzunun və doğma övladı olan Muradın qarşısında birvalideyin olaraq məsuliyyətinin ağırlığını göstərməklə baş verənlərə qarşı isəaciz, əlacsız və misgin görünür. Aktyor öz ifası ilə obrazın daxili aləminin təqdimindəerməni vəhşilklərinin unudulmayacağını göstərə bilir.

Aktrisa Sevinc Hüseynovanın ifasında həkim Şəfayət xanım obrazıArzunun yenidən həyata qovuşması, fikir və arzularının reallaşması və müalicəsiüçün var qüvvəsi ilə çalışan, xeyirxah və alicənab bir qadın surəti olaraq diqqəticəlb edir. O, öz məsləhətləri ilə Arzunu yenidən həyatda qüvvətli və qürurlubir qadın olmağa səsləyir, müəyyən anlarda ona yardım edir. Bütün busadalananlar aktrisa Sevinc Hüseynovanın ifasında maraqla baxılır.

Aktyor Niyaməddin Səfərəliyevin ifa etdiyi Yusif obrazı isə hər zamansəhnədə hadisələrə soyuq baxışlarla baxan, söz danışmaqdan qorxan və cəkinənbir surət olaraq təqdim olunur. O, hətta həyat yoldaşı olan Şirinin hərəkətlərinənəzarət etmək istəsə də əslində bunu bacarmayan və onun bir baxışından beləsözünün kəsərinin olmadığını göstərir.

Maraqla izlənilən surətlərdən biri də Azaddır. Bu obrazı aktyorArzuman Tanrıverdili ifa edir. Azad əsirlikdən qayıdan Arzunu sevir. Ancaq onunXocalı faciəsində əsir düşən və bu əsirlikdə olmazın zülmünü görən bir qadınolmasından xəbərsizdir. O, öz sevgisini bildirmək üçün Arzunun evinə gəlir.Hadisələr bu zaman daha da şiddətlənir. O, baş verənlərdən xəbər tutan zamanaldandığını söyləyir. Arzunu qınamaqla sanki bütün həyatını və varlığınıqınayır. Azadın bu hərəkəti sonda Arzunun intiharı ilə nəticələnir.

Aktrisanın səhnədə intihar səhnəsi maraqlı bir detalla tamaşaçıya təqdimolunur. Onun əlində olan ağ rəngli kəlağayı paklıq rəmzi olaraq göstərilməkləboynunun ölçüsünə gətirilir və aktrisaŞəbnəm Cəbrayılova bu ölçüdən qarşı tərəfəboylanmaqla sanki gələcək arzularına baxır. Bu arzuların isə heç də uğurlu birtale qisməti olaraq yaşanmadığı tamaşaçıya təqdim edilir.

Pyesin quruluşçu rejissoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrınınbaşrejissoru, respublikanın əməkdar artisti Sərvər Əliyevdir. Rejissor səhnətraktofkasında cəryan edən hadisələri bir məkan çərçivəsində sadə bir formada təqdimedir. O, həm də bununla aktyor ifasına geniş meydan verməklə hadisələrin vəziyyətlərhalında təqdiminə çalışır. Sadə bir mizanla dolğun fikirlərin formalaşmasının nəqədər çətin olduğunu anlayan rejissor bununla da səhnədə aktyorla tamaşaçıarasında olan səddi aradan götürməyə müəffəq olur.

Ümumiyyətlə, Sevinc Elsevərin "Ürəyində arzu tut” bir pərdəli faciəsiAzərbaycan xalqının qan yaddaşının formalaşması və gənc nəsillərə təbliğolunması baxımından ən uğurlu addımı kimi qiymətləndirilməlidir.

Anar Burcəliyev

Teatrşünas