08 May 2013 15:24
40104
MƏMLƏKƏT

UNUDULMAYAN İNSAN

Eləinsanlar var ki, onlar vətənin ən ağır günündə və çətin anlarında heç vaxtrahatlıq tapa bilmirlər. Yəni bu insanlar görürlər ki, tay-tuşları, dostlarıəlinə silah götürüb cəbhəyə gedir. Təbii ki, bu hisslərin oyanması və başqaldırması insanın içində böyük bir təlatüm yaradır və onu Vətəni qorumağasəsləyir.

Böyük VətənMüharibəsi başlayan kimi Qasım Əsəd oğlu Əsədovda cəbhəyə yola düşür. İkincidünya müharibəsinin ən ağır anlarında və məqamında o heç vaxt vətənini dardaqoymur, silaha sarılaraq ağır döyüşlərə atılır. Qasım kişi heç vaxt fikirləşməzdi ki, hansısa döyüşdəyaralana, yaxud da ölə bilər. Qasım kişi fikirləşirdi ki, sonuncu patronunaqədər vuruşmalıdır və düşmənə aman verməməlidir.

Güllələryağış kimi yağanda o heç də bundan qorxmadı. Çətin vəziyyətdə olan döyüşçüdostunu atəş mövqeydən çıxarmağa çalışırdı. Daha doğrusu, onun silahdaşıyaralandığı üçün həmin əsgəri yağış kimi yağan güllələrin altından çıxarmaqüçün heç nədən qorxmamalıydın. Qasım da qorxu-ürkü bilmədən döyüş mövqeyindənyaralı əsgər dostunu çıxardı. Geriyə qayıdıb həmin sahəni minalamaq istəyəndə,alman əsgərləri tərəfindən əsir götürüldü. Ancaq əsirlikdə də mərdliyi,döyüşkənliyi və cəsarəti onu çətin vəziyyətdən xilas etdi. Növbədə olan birneçə alman əsgərini qətlə yetirib saxlanılan zonadan uzaqlaşdı. Onun arxasıncaalman əsgərləri axtarışa başladılar. O yer, o kənd qalmadı ki, orda axtarışaparmasınlar. Hətta bu məqsədlə xüsusi təlim görmüş itlərdən də istifadəedirdilər. Qasım kişinin izinə düşəndə artıq hər şey gec idi. O, qısa zamankəsiyində özünü döyüşçülərimizə çatdırmış və almanların hərbi hissələrinin harda yerləşməsi barəsindədəqiq məlumat vermişdi.

Müharibə oqədər ağır və o qədər çətin bir imtahandır ki, o döyüşlərdən heç də hər adamsağ çıxa bilmir. Birmənalı olaraq, anlamaq lazımdır ki, əgər kimsə müharibədəiştirak edirsə, ya o yaralanmalıdır, ya da ölməlidir. Əgər bu iki hadisəninbiri baş verməyibsə, deməli həmin insan döyüşdə iştirak etməyib və sadəcəolaraq, arxa cəbhədə olub. Amma iş elə gətirdi ki, Qasım Əsədov həmişə öncəbhədə olurdu və ən ağır döyüşlərdə komandirlərin tapşırığını çox vicdanla,namusla yerinə yetirirdi. O, Ukrayna cəbhəsindən Varşavaya qədər döyüş yolukeçib. Və bu döyüş yollarında nə qədər qanlı-qadalı və ölümlü-itimli anlarınşahidi olub.

Günlərinbirində isə bir neçə dəstə ilə almanların mühasirəsinə düşürlər. Hər tərəfdənmühasirəyə alınmış əsgərlərimizi bu çətin vəziyyətdən yenə Qasım Əsədov xilasedir. Çünki o gizli yolları, izləri hamıdan yaxşı bilirmiş. Mühasirəyə düşənəsgərlərimizi gizli yolla ordan çıxarır. Ancaq böyrəyindən ağır güllə yarsıalır. Böyrəyindən ağır güllə yarsı alandan sonra onun üzərində təcili əməliyyataparıb böyrəyini çıxardırlar və hospitala göndərirlər. O, hospitalda da çox qalmır, bir aydan sonra özxahişi ilə yenidən cəbhəyə səngərə qayıdır və ağır döyüşlərdə iştirak edir.

Əlbəttə,Qasım Əsədovu qələbədən-qələbəyə aparan və uğur qazandıran onda olan böyükVətən sevgisi idi. O, sevgi ki, heç vaxt onu tənha qoymurdu və ürəyinindərinliyində həmişə bu duyğular, bu hisslər Qasım kişini qələbəyə səsləyirdi.

Qələbəxəbərini isə Varşavada eşidir. Onda hamı kimi o da sevincindən papağını göyəataraq «Urra!» - deyərək qışqırıb və cəbhə yoldaşlarını qucaqlayaraq təbrikedib. Yəqin ki, bu anları və qələbə sevincini o da böyük səbirsizlikləgözləyirdi. Müharibə bitəndən sonra yenidənMingəçevirə qayıdır. Onu da qeyd edək ki, Qasım Əsəd oğlu Əsədovmüharibədən əvvəl də çox ağır və məşəqətli günlər yaşayıb. Belə ki, o, 1920-ciildə Qərbi Azərbaycanın Masisi rayonunda anadan olub. Erməni vəhşiləri onunatasını, anasını gözü qarşısında güllələyiblər. Sonradan bibisi onu QərbiAzərbaycandan götürüb Ağdaşa gətirib və ordan da Mingəçevirə qayıdıb. Elə burdada o böyüyüb, boya-başa çatır və bir igid oğlan olur.

Qasım kişinin ocağını yandıran iki qız övladı, beş nəvəsi, beş də nəticəsi var.

Böyük VətənMüharibəsində göstərdiyi igidliyə görə Qasım Əsədov müxtəlif orden vəmedallarla təltif olunub. Biz onların adını bir-bir sadalamaq istəmirik. Ənyadda qalnı isə odur ki, prezident Heydər Əliyev tərəfindən 1995-ci ildə QasımƏsədov Qələbənin 50 illiyi münasibətilə medalı ilə təltif olunub. Həmişə ötəngünləri və müharibəni xatırlayan bu gözəl insan günlərin birində özü dəxatirəyə çevrilir və 2000-ci il aprelin 24-də Allah dərgahına qovuşub. Ammaqəhrəmanlar və Vətəni sevən insanlar isə heç vaxt unudulmurlar, yaddançıxmırlar.